“İndikilər deyir ki, gözəl görünüm, bədənimi göstərim, hələ qayıtmaq istəmirəm” - ÖZƏL+AÇIQLAMA
Ekskluziv
365
09:10, Bu gün

“İndikilər deyir ki, gözəl görünüm, bədənimi göstərim, hələ qayıtmaq istəmirəm” - ÖZƏL+AÇIQLAMA

“Biz sənətimizdə artıq hər şeyi görmüşük. Mən istərdim ki, ondan da üstün nəsə olsun. Əgər səhnəyə çıxırsansa, film və seriallara çəkilirsənsə nəsə yeni bir söz deməlisən. Elə-belə boşuna görünmək, çəkilmək xatirinə meydana çıxmaq istəmirəm”.
 
Bunu Moderator.az-a özəl açıqlamasında Akademik Milli Dram teatrının aparıcı aktrisası, xalq artisti Zemfira Nərimanova deyib.
 
O daha sonra bildirib ki, aktyor öncə obraza özünü inandırmalıdır:
 
“Təklif olunan vəziyyətə hər aktyor inanmalıdır. Mən hətta teatrda da deyirəm ki, səhnəyə çıxırsız, sən əvvəlcə özün oynadığın obraza inan, özündə ona gör, yaşa, ondan sonra sən tamaşaçını da arxanca apara bilərsən. Bu zaman tamaşaçı sənin arxanca gedəcək. Mən obrazlarımda özümü fikirləşməmişəm, həmin obrazlarla yaşamışam. Aktyor gərək özü inansın, rolu özündə yaşatsın. Amma indikilər deyir ki, mən gözəl görünüm, ayağımı belə qoyum, bədənimi belə göstərim. Belə etməklə sənət olmur” deyə sənətkar bildirib.
 
Xalq artisti tələbələrindən də danışıb və onlarla fəxr etdiyini bildirib:
 
“Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşam. Yaxşı tələbələrim var. Mən tələbələrimlə fəxr edirəm. Onlar mənim başımı ucaltdılar. Onların uğurları mənim uğurlarımdır. Mənim tələbələrimin əksəriyyəti Aztv-də, teatrda çalışırlar. Bəziləri Fəlsəfə doktorlarıdır. Amma hələ ki, müəllimlik fəaliyyətinə qayıtmaq istəmirəm. Bəlkə sonra nəsə fikirləşərəm” deyə o bildirib.
 
Qeyd edək ki, xalq artisti uzun illərdir mətbuata heç bir müsahibə vermir, efirlərə çıxmır. Sənətkar vaxtaşırı yalnız Moderator.az-ın suallarını cavablandırır.
Link kopyalandı!
Son xəbərlər