Bizi sosial şəbəkələrdən izləyin:
Tbilisidə etirazçılar Daxili İşlər Nazirliyinin nümayişçilərə daha sərt cəzalar veriləcəyi ilə bağlı xəbərdarlığına baxmayaraq, ardıcıl 324-cü gün Rustaveli prospektini bağlayıblar. Jurnalist Əfqan Sadıqov aksiya zamanı Bidzina İvanişvili və Vladimir Putinin portretlərini yandırıb.
Moderator.az bu haqda "Kavkazski uzel" nəşrinə istinadla məlumat yayıb.
Oktyabrın 16-da Tbilisidə etirazçılar Rustaveli prospekti ilə 323-cü gün ardıcıl olaraq nəqliyyatın hərəkətini bağlayıblar. Həmin gün hakim “Gürcü Arzusu” partiyası oktyabrın 17-dən başlayaraq etirazçılara qarşı cəzaları sərtləşdirən düzəlişləri parlamentə təqdim etdi.
Dünən axşam saatlarında Gürcüstanın Avrointeqrasiya tərəfdarları Gürcüstan və Aİ bayraqları daşıyaraq, Daxili İşlər Nazirliyinin etirazçılara qarşı daha sərt cəzalar veriləcəyi ilə bağlı xəbərdarlığına baxmayaraq, parlament binası yaxınlığında Rustaveli prospekti ilə hərəkəti yenidən bağlayıblar. Etiraz artıq iki dəyişməz tələblə 324-cü gününə qədəm qoyub: yeni parlament seçkilərinin təyin edilməsi və bütün siyasi məhbusların azad edilməsi. "Yeni repressiv qanunlar artıq qüvvəyə minib, ona görə də biz bu gün çoxlu sayda Rustaveli prospektində olmalıyıq. Gəlin, bu gün qələbəyə qədər bir yerdə olaq", - "İnterPressNews" etirazçıların sözlərindən sitat gətirir.
"Aktivistlərin özləri avtomobillərin etirazçıların üzərinə keçməsinin qarşısını almaq üçün Rustaveli prospektinin yoluna lentlər uzadıblar. "Pirveli TV"-nin məlumatına görə, onlar repressiv qanunlara zidd olaraq hər gün parlament qarşısında yürüşlərini davam etdirəcəklərini israr edirlər.
Rustaveli prospektində müntəzəm etirazçılardan biri, azərbaycanlı jurnalist Əfqan Sadıqov bugünkü mitinqdə parlamentin qarşısında Putin və İvanişvilinin portretlərini yandırıb,- "Tbilisi_life" xəbər verir.