Putinin milyarder
Ekskluziv
1302
09:30, Bu gün

Putinin milyarder "desant"ının qardaşı oğlu sabah İrəvanda mitinq çağırdı...

"Sabah saat 16:30-da Opera meydanına toplaşacağıq, oradan birlikdə Samvel Karapetyanın və Kilsə Atalarının qanunsuz saxlandığı yerə qədər yürüş edəcəyik".
 
Moderator.az xəbər verir ki, erməni mediasında yayılan məlumata görə, bunu “Bizim yol” hərəkatının koordinatoru, həmin hərəkatın qurucusu, Putinin hazırda İrəvanda həbsdə olan milyarder "desant"ı Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan özünün "Facebook" səhifəsində yazıb.
 
“Əziz həmvətənlər! Sabah, şənbə günü, saat 16:30-da İrəvan Opera Meydanına toplaşacağıq, oradan birlikdə Samvel Karapetyanın və Kilsə Atalarının qanunsuz saxlandığı yerə qədər yürüş edəcəyik. Günümüzün iki saatını ölkəmizdə Ədalət və Firavanlığa həsr edək”, - deyə N.Karapetyan bildirib.
 
Xatırladaq ki,  Narek Karapetyan həmçinin  Samvel Karapetyanın rahəbri olduğu və Rusiyada fəlaiyyət göstərən "Taşir" şirkətlər qruöunun 1-ci vitse prezidenti, həeyni zamanda "Elektrik Şəbəkələri" QSC-nin Direktorlar Şurasının sədridir...
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər