ABŞ Çinə tariflər hesabına Ukrayna üçün “qələbə fondu” yaradır...-
Ekskluziv
375
08:12, Bu gün

ABŞ Çinə tariflər hesabına Ukrayna üçün “qələbə fondu” yaradır...-"The Telegraph" 

ABŞ prezidenti Donald Tramp Ukrayna üçün Çinə tətbiq edilən yeni tariflər hesabına maliyyələşəcək “qələbə fondu” yaratmaq üzərində işləyir. O, maliyyə naziri Skott Bessentə Ukrayna prezidenti Vladimir Zelenskinin cümə günü, oktyabrın 17-də Vaşinqtona səfəri ərəfəsində avropalı həmkarları ilə bu planı müzakirə etməyi tapşırıb.
 
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu haqda "The Telegraph" yazıb.
 
Əvvəllər Zelenskinin hərbi qələbə üçün “kartlarının olmadığını” iddia edən Amerika lideri Kreml diktatoru Vladimir Putinə getdikcə səbrini itirir və onun Ukraynadakı müharibəyə yanaşmasını dəyişmək təklifi mövqeyində əhəmiyyətli dəyişikliyə səbəb olub.
 
Bu ritorika ABŞ-ın müdafiə naziri Pit Heqset tərəfindən də səslənib və o, NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşündə bəyan edib ki, Rusiya sülh danışıqlarından yayınmağa davam edərsə, ABŞ Kiyevi “yalnız Birləşmiş Ştatların edə biləcəyi şəkildə” dəstəkləməyə hazırdır.
 
Media xəbərləri göstərir ki, Brüsseldə müzakirələr Ukraynaya mümkün uzaqmənzilli “Tomaqavk” raketlərinin tədarükü və ölkənin dördüncü tammiqyaslı müharibə ilinə yaxınlaşdığı bir vaxtda ölkənin silahlı müqavimətinin maliyyələşdirilməsinə yönəlib.
 
"Tramp səfirə və mənə tapşırıb ki, avropalı müttəfiqlərimizə bildirək ki, biz Çinə "Rusiya neftinə rüsum" və ya Çinə "qələbə tarifi" tətbiq etmək ideyasını dəstəkləyirik.
 
Bildirilir ki, strategiya Çindən idxala 500% rüsum tətbiq etməyi, əldə olunan gəlirin isə Ukrayna ordusunun silahlanmasına yönəldilməsini nəzərdə tutur. Planın məqsədi hərbi maşını Çinin dəstəyindən asılı olan Putinə maksimum iqtisadi təzyiq göstərməkdir ki, onu Tramp və Zelenski ilə masaya oturmağa məcbur etsin.
 
Jurnalistlər qeyd edirlər ki, Rusiya neftinin alınmasına görə Çinə qarşı sanksiyaların tətbiqi ideyası əvvəllər Avropa hökumətlərinin müqaviməti ilə üzləşib. NATO Pekini Rusiyanın müharibəsində “əsas ortaq” adlandırsa da, Böyük Britaniya da daxil olmaqla bir çox alyans ölkələri Çini düşmən hesab etməkdən imtina ediblər.
 
Ukrayna üçün silah...
 
Ukraynanın müdafiə naziri Denis Şmıqal müttəfiqlərini məlumatlandırıb ki, Ukraynanın 2026-cı ildə daha bir müqavimət ilini maliyyələşdirmək üçün 120 milyard dollara ehtiyacı olacaq. Böyük Britaniyanın həmsədrliyi ilə NATO-nun mənzil-qərargahında keçirilən iclasda müzakirələr bu məbləğin yarısının artırılmasına yönəlib ki, Şmıqalın fikrincə, Kiyevin müttəfiqləri bunu təmin etməlidir.
 
İkinci “vacib mövzu” isə uzaqmənzilli raketlərin tədarükü olub. “Onların adı hamıya məlumdur”, o əlavə edib. KİV-lər xəbər verir ki, Avropa NATO mənbələri “Tomohavk” raketlərinin Ukraynaya ötürülməsini dəstəklədiklərini bəyan ediblər ki, bu da ölkəyə cəbhə xəttindən xeyli geridə olan Rusiya hədəflərini vurmaq imkanı verəcək, lakin qərarın tamamilə ABŞ prezidentinə aid olduğunu etiraf edir. Şmıqal qeyd edib ki, belə bir qərar NATO müdafiə nazirlərinin görüşündə verilə bilməz və Tramp və Zelenski tərəfindən şəxsən təsdiqlənməlidir.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər