Tramp Putindən tələb etdi:
Ekskluziv
634
07:27, Bu gün

Tramp Putindən tələb etdi: "Hərbi əməliyyatları və ukraynalıları, rusları öldürməyi dayandır!.."

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini hərbi əməliyyatları və qan tökməyi dayandırmağa çağırdıb.
 
Moderator.az  Ukrayna mediasına istinadla xəbər verir ki, "Clash Report" telegram-kanalının məlumatına görə, bu barədə Tramp FTB direktoru ilə keçirdiyi mətbuat konfransında bildirib.
 
"Bizim prezident Putindən istədiyimiz tək şey onun buna son qoymasıdır. Ukraynalıları öldürməyi dayandırsın və rusları öldürməyi dayandırsın, çünki o, çoxlu rus öldürür", - Tramp belə deyib.
 
Amerika prezidentinin sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli əsas məqsəddir və müharibənin davam etdirilməsi hər iki xalqın iztirablarını daha da artırır.
 
ABŞ prezidenti Donald Tramp da Ukraynanın hərbi planlarına münasibət bildirib və qeyd edib ki, Kiyev hücuma başlamaq istərdi. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri hücuma keçməyi planlaşdırır.
 
Bundan əvvəl Donald Tramp əvvəllər “çox yaxşı münasibətdə” olduğu Rusiya diktatoru Vladimir Putinin davranışından məyus olduğunu bildirib.
 
Xatırladaq ki, Ukrayna və ABŞ liderlərinin cümə günü - oktyabrın 17-də Ağ Evdə danışıqlar aparacağaı gözlənilir.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər