“Ruslar işğal etdikləri Ukrayna torpaqlarında möhkəmlənə biliblər və indi onları həmin ərazilərdən çıxarmaq ilk vaxtlarda olduğundan xeyli çətindir”.
Moderator.az xəbər verir ki, bu haqda ABŞ hərbi nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Rusiyanın Ukraynaya müdaxilə etdiyi 2022-ci ildə Qərb təcavüzə məruz qalan ölkəyə silah yardım göstərib-göstərməməklə bağlı ciddi tərəddüdlərə yol verib. Veriləcək silahların miqyas və çeşidi də Qərbdə mübahisə doğuran məsələlərdən biri olub. Nəticədə, Ukrayna hərbi yardım almaq məsələsində ən kritik vaxtda ciddi zaman itirib. Nəticədə, Rusiya zəbt etdiyi ərazilərdə möhkəmlənməyə vaxt tapıb və bu gün onları həmin ərazilrədən çıxarmaq ikiqat çətinləşib.
Nəşr hesab edir ki, rus ordusunun Ukrayna ərazisindən çıxarılmasını təmin etmək üçün Kiyevin müasir silahlar, eləcə də elektron müharibə vasitələri ilə daha sıx təchiz olunmasına ehtiyac var.
Seymur ƏLİYEV