“Atam cənnətə doğru gedir...
Ekskluziv
943
06:56, Bu gün

“Atam cənnətə doğru gedir..."- Trampın oğlu Erik...-VİDEO

ABŞ prezidenti Donald Trampın kiçik oğlu Erik atasının “cənnətə doğru getdiyinə” əmin olduğunu bildirib. O, “Tanrının əli”nin Amerika liderinin üzərində olduğunu və onu “qaranlıq yol” boyu istiqamətləndirdiyini bildirib. Erik Tramp atasının “cənnət”ə layiq olduğuna inanır, çünki o, “ölümü və məhvi dayandırıb”. 
 
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, bu barədə ABŞ prezidentinin oğlu oktyabrın 14-də "The Benny Show" podkastında çıxışı zamanı danışıb.
 
"Səhv etməyin, o (Donald Tramp - red.) cənnətə doğru gedir. O özü yəqin ki,  bunu demək üçün müəyən mənada həddindən artıq təvazökardır", - Erik Tramp bildirib.
 
O, "Tanrının əli"nin Amerika liderini "ən ağlasığmaz, ən qaranlıq yol"dan keçirərək apardığını iddia edib.
 
Erik Tramp həmçinin aparıcıya atasının bütün dünyada müharibələri dayandırmasının şəxsən şahidi olduğunu deyib. Odur ki, gənc Trampa görə, "oraya çox az adam getdiyindən" bu, "göylərə təsir edir".
 
"O, göylərə doğru gedir və mən sizə deyə bilərəm ki, yəqin ki, onun göylərə təsir edə biləcək yeganə işi ora daha az insanın getməsidir. Onlar ora daha yavaş çatırlar, çünki o, bütün dünyada ölümü və dağıntıları dayandırıb", - deyə Trampın oğlu izah edib.
 
Trampın guya dayandırdığı “ölüm və dağıntı”dan danışan Erik Qəzzadakı silahlı münaqişəni xatırladıb. Kiçik Tramp orada atəşkəs sazişinin imzalandığı günü xatırlayaraq bunu “gözəl” adlandırıb.
 
Erik Tramp cənnətlə bağlı ifadələrində Donald Trampın “təvazökarlığına” istinad etməklə, çox güman ki, ABŞ prezidentinin cənnətə düşməklə bağlı şübhələrini nəzərdə tutur.Belə ki,  Oktyabrın 13-də "People" nəşri Amerika liderinin cənnətə düşəcəyi ilə bağlı inamsızlığını ifadə etdiyini, lakin ən azı bir çox insanların həyatını "yaxşılaşdır"dığını qeyd etdiyini yazıb.
 
Xatırladılır ki, avqust ayında Donald Tramp Rusiya-Ukrayna müharibəsini bitirərək cənnətə getməyə çalışmaq istədiyini bəyan etmişdi.
Link kopyalandı!
Son xəbərlər