Paşinyanın təmsilçisi milyarder Karapetyanın Trampın dostu olan vəkilinin cavabını verdi...
Ekskluziv
334
14 Oct 2025 | 21:21

Paşinyanın təmsilçisi milyarder Karapetyanın Trampın dostu olan vəkilinin cavabını verdi...

Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan özünün "Facebook" səhifəsində Putinin həbsdə olan milyarder "desant"ı Samvel Karapetyanın ABŞ-dan gəlmiş prezident Trampın yaxını olan respublikaçı vəkili Robert Amsterdamın Karapetyan azad olunana qədər Ermənistanın hər gün hücuma məruz qalacağı ilə bağlı açıqlamasına münasibət bildirib.
 
Moderator.az xəbər verir ki, "Armenian Times" nəşrinin yazdığına görə, Amsterdam bunu əlini masaya çırparaq elan edib.
 
“Ermənistana hücum edən hər kəsin ağzında Ermənistan dövlətinin dadı qalacaq..."
 
Xaricdən gəlmiş səliqəsiz müdafiəçi "Taşir Samoy" hər gün Ermənistana hücum etməkdən danışır. 
 
Onların xarici ölkədən xarici pasportla gəlib Ermənistana hücum etmək vərdişi var”, - Çaxoyan belə yazıb.
Link kopyalandı!
Son xəbərlər