“İkinci Dünya müharibəsi zehniyyəti ilə müasir müharibədə qalib gəlmək mümkünsüzdür”
Ekskluziv
679
14 Oct 2025 | 15:42

“İkinci Dünya müharibəsi zehniyyəti ilə müasir müharibədə qalib gəlmək mümkünsüzdür”

“İkinci Dünya müharibəsi zehniyyəti ilə müasir müharibədə qalib gəlmək mümkünsüzdür”.

Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri çıxış edib. Nəşrin sözlərinə görə, Ukrayna müharibəsi bir daha göstərdi ki, müasir müharibələr XX əsr müharibələrindən ciddi şəkildə fərqlənir və daha çox elektron müharibə kimi təsnif edilə bilər.

Hazırda PUA-larsız müharibənin təsəvvür belə edilmədiyini bildirən nəşr hesab edir ki, Ukrayna 2022-ci ildən etibarən “sovet zehniyyəti”ndən uzaqlaşmaq və “Qərb üslüblu müharibə” aparmaq üçün böyük daxili mübarizə yolu keçdi. Nəşr iddia edir ki, Ukrayna məhz bu daxili mübarizə nəticəsində müasir müharibə üçün xas olan dəyələrə, bilik və bacarıqlara yiyələnməyi bacarıb.

Nəşrin məlumatına görə, hazırda həm Ukrayna, həm də Rusiya elektron müharibə imkanlarını sürətlə inkişaf etdirməyə çalışır. Çünki hər iki tərəfə məlumdur ki, qələbə daha çox bu faktordan asılıdır.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər