ABŞ Prezidenti Donald Tramp Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitindəki zrvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqqında yüksək fikirlər səsləndiirb. ABŞ prezidenti Müzəffər Ali Baş Komandanı “çox güclü lider” adlandırıb:
“Hər halda, burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Bu şəxs üçün, Azərbaycan üçün müharibəni həll etdim. Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi? 32 il mübarizə apardıq, amma təxminən bir saata məsələni həll etdik, düzdürmü? İndi isə onlar bir-birini bəyənirlər. Burada olduğunuz üçün hər kəsə təşəkkür edirəm. O, çox güclü bir liderdir, işini çox yaxşı görür. Bu mərasimdən sonra çıxış edəcəyik, amma bu, çox önəmli bir imzalanmadır”.
Xatırladaq ki, Tramp bundan öncə də Prezident İlham Əliyevin siyasətçi kimi uzaqgörənliyini və peşəkarlığını yüksək qiymətləndirib, onunla dostluqdan şərəf duyduğunu bildirib.
Dünyanın bir nömrəli super gücü olan ABŞ-ın Azərbaycan liderinə verdiyi bu qiymət Prezidentimizin və diplomatiyamızın həqiqi gücünü, beynəlxalq aləmdəki nüfuzunu göstərir. Qlobal titanın Prezident İlham Əliyev haqında səsləndirdiyi fikirlər sübut edir ki, Azərbaycan ldierinin nüfuzunu, siyasi səriştəsi, prinsipiallığı və peşəkarlığı ölkə hüdudlarımızın sərhədlərini çoxdan aşıb. Artıq o, yalnız regionda deyil, bütün dünyada əsas söz sahiblərindən biri hesab edilir və dünyanın ən böyük, ən qüdrətli dövlətəri belə onun fikir və düşüncələri ilə hesablaşmağa ehtiyac duyur.
Bəs Prezident İlham Əliyevə beynəlxalq siyasi aləmdə olan bu etimad dövlətimizin gələcəyi haqqında nə deyir?
Bu, hər şeydən öncə Azərbaycanın yaxın gələcəkdə qazanacağı yeni uğurlardan xəbər verir. Prezident İlham Əliyevə beynəlxalq platformada olan sevgi və heyranlıq onu deməyə əsas verir ki, Azərbaycan ərazicə kiçik dövlət olmağına baxmayaraq, dünyada gedən böyük proseslərə təsir göstərmək, bu proseslər yön vermək iqtidarındadır. Və ən əsası, dünya nəhənglərinin Prezident İlham Əliyevə olan münasibəti göstərir ki, bundan sonra planetimizdə baş verəcək bir çox hadisə və proseslərdə dövlətimizin təsiri daha aydın hiss ediləcək, özünü dha çox büruzə verəcək. Bu isə yalnız Azərbaycanın yox, bütün türk dünyasının uğurudur.
Seymur ƏLİYEV