Tramp Ukraynada müharibənin bitməsinə kömək edə biləcək liderin adını çəkdi...
Ekskluziv
1021
06:52, Bu gün

Tramp Ukraynada müharibənin bitməsinə kömək edə biləcək liderin adını çəkdi...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinə son qoymağa kömək edə bilər, çünki Rusiya prezidenti Vladimir Putin şəxsən ona hörmət edir.
 
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Tramp oktyabrın 13-də Şarm əl-Şeyxdə Qəzza ilə bağlı sammitdən sonra jurnalistlərlə söhbətində dilə gətirib. 
 
O əlavə edib ki, Ərdoğana ümumiyyətlə Rusiyada hörmət edirlər.
 
"Bəli, Ərdoğan edə bilər. Rusiyada ona hörmət edirlər. Ukrayna ilə bağlı deyə bilmərəm, amma Putin ona hörmət edir", -  deyə Tramp bildirib.
 
O, Ərdoğanın güclü liderlərlə yaxşı yola getdiyi üçün onun dostu olduğunu da vurğulayıb.
 
"Bilirsiniz, NATO-nun Ərdoğanla tez-tez baş verən problemləri olanda onlar mənə zəng edirlər ki, onunla danışıb. Və mən heç vaxt belə problemləri dərhal həll etməkdə uğursuz olmamışam", - ABŞ lideri qeyd edib.
 
O əlavə edib ki, Ərdoğan da ona yaxşı münasibət bəsləyir.
 
Bundan başqa, ABŞ prezidenti cümə günü- oktyabrın 17-də Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəyini təsdiqləyib.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər