Həyatları bahasına ölümə meydan oxuyanlar...
Ekskluziv
923
14:25, Bu gün

Həyatları bahasına ölümə meydan oxuyanlar...

Bir neçə gün bundan öncə -10 oktyabr tarixində Azərbaycan Respublikası yanğınsöndürənlərinin peşə bayramı qeyd edildi. Media və sosial media platformalarında yanğınsöndürənlərin ağır və şərəfli fəaliyyəti ilə bağlı çoxsaylı materiallar dərc edildi, onların gördüyü işin mürəkkəbliyi və spesifikliyi ilə bağlı maraqlı nüanslara toxunuldu.

Həqiqətən də, yüzlərlə peşə içərisində bu peşə öz təhlükəliliyi, eləcə də son dərəcə şərəfli və məsuliyyətli olması ilə fərqlənir. Hər həftə, hər ay onlarla insanın həyatı yanğınsöndürənlərdən, onların peşəkarlıq və cəsarətindən asılı olur.

Onlar sadəcə alovları ram edərək xidməti borclarını yerinə yetirmirlər. Onlar həm də hər gün, hər saat həyatları bahasına fədakarlıq göstərirlər. Onlar öz həyatlarını riskə atmaq hesabına özgə həyatlarını xilas edir, insanlara yeni bir yaşam bəxş edirlər.

Onlar xillasedicidirlər. Onlar Allahın insanlara bəxş etdiyi həyatın keşiyində dayanırlar. Onların missiyası bu həyatı qəfil ölümlərdən, qorxunc fəlakətlərdən qorumaqdır. Hər gün ölüm təhlükəsi ilə üz-üzə gəlmək, bu təhlükəyə meydan oxumaq, bütün qorxu və şübhələri yenib alovlar içərisində çarəsizcə çırpınan insanları xilas etmək onların sadəcə işi yox, həm də həyatlarının qayəsidir.

Onların xilaskarlıq missiyası yalnız ölkəmizin hüdudları ilə məhdudlaşmır. Onlar bəzi hallarda bu müqəddəs missiyanı sərhədlərimizdən uzaqlarda da icra edir, Azərbaycan adın böyük uğurlara imza atırlar. Yanğlnsöndürənlərimizin Türkiyədəki meşə yanğınlarında aktiv iştirakı, yaşayış məntəqələrinin yanğından mühafizəsində ortaya qoyduğu əzm və fədakarlıq buna nümunədir. Bütün bu faktlar bir daha onu deməyə imkan verir ki, yanğınsöndürənlərimiz milli qürurumuzdur və biz xalq olaraq onlarla nə qədər iftixar duysaq azdır.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər