“Türk dünyası işğaldan azad edilmiş ərazilərin inkişafına sadəcə sözdə deyil, həm də əməldə dəstək verir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, türk dövlətlərinə aid şirkət və müəssisələrin işğaldan azad edilən ərazilərimizdəki fəaliyyəti buna nümunədir:
“Bu gün işğaldan azad edilən torpaqlarımızda Türkiyəyə məxsus şirkətlər geniş fəaliyyət göstərir. Özbəkistan və Türkmənistan işğaldan azad edilən ərazilərdə bir sıra layihələr həyata keçirib və bu yöndəki fəaliyyətini davam etdirəcək. Bu və digər faktlar sübut edir ki, türk dünyası uzun illər emrəni işğalında qalan torpaqlarımızın dirçəlməsi və tərəqqisi prosesində yaxından iştirak edir, bu məsələdə də həmrəylik sərgiləyirlər.
Bütün bu faktlar bir dha onu deməyə əsas verir ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfər həm iqtisadi, həm də ideoloji baxımdan türk dünyasını birləşdirdi, həmrəyliyimizə böyük töhfə verdi”.
Seymur ƏLİYEV