Rusiya bunu bacarsa, Ukraynaya verilən “Tomaqavk” raketlərinin heç bir önəmi qalmayacaq...
Ekskluziv
670
08:20, Bu gün

Rusiya bunu bacarsa, Ukraynaya verilən “Tomaqavk” raketlərinin heç bir önəmi qalmayacaq...

Kiyev ABŞ-dan “Tomaqavk” raketləri alana qədər Rusiya Ukraynadakı enerji infrastrukturunu tam çökdürməyə çalışır.

Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri məlumat yayıb. Nəşrin sözlərinə görə, Trampın “Tomaqavk” raketlərinin Ukraynaya verilməsi ilə bağlı məlum qərarından sonra Rusiya yeni taktikaya əl atıb. Bu, Ukraynanın enerji infrastrukturuna “cəmləşmiş zərbələrin” həyata keçirilməsidir.

Üç ildən artıqdır ki, Ukrayna üzərində hərb meydanında qəti qələbə qazana bilməyən Rusiya, qarşı tərəfin enerji sektorunu tam çökdürməklə zəfəri təmin etməyə çalışır. Bu səbəbdən də Rusiyaya məxsus PUA və qanadlı raketlərin böyük bir qismi məhz Ukraynanın enerji infrastrukturunu sıradan çıxarmaq üçün səfərbər olunur. Kreml hesab edir ki, ABŞ və Qərbin Ukraynaya artan dəstəyi fonunda qələbənin “ən qısa yolu” məhz budur. Enerji infrastrukturunun tam olaraq sıradan çxırılması Ukraynanın müqavimətini qıra, rus ordusunun irəliləməsi üçün əlverişli zəmin formalaşdıra bilər. Bu səbəbdən də hərbi ekspertlər yanvar ayına doğru Rusiyanın enerji infrastrukturuna zərbələrinin artacağı qənaətindədir.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər