Ukrayna ordusu daha 4 kənddən Putin ordusunu qovub çıxardı...-
Ekskluziv
1033
07:41, Bu gün

Ukrayna ordusu daha 4 kənddən Putin ordusunu qovub çıxardı...-"DeepState"

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində uğurlu əks-hücum əməliyyatları keçirərək, dörd yaşayış məntəqəsi yaxınlığında rus qoşunlarını geri oturdublar.
 
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, "DeepState" analitiklərinin bildirdiyinə görə, eyni zamanda, bəzi yerlərdə Rusiya qüvvələri təzyiqə və irəliləməyə davam edir.
 
"Ukrayna Müdafiə Qüvvələri düşməni Novıy Şaxmatnıy, Zolotoy Kolodets, Kuçerov Yar və Novopavlovka yaxınlığında geri oturdub", - məlumatda deyilir.
 
Bununla belə, analitiklər bu sahələrdə vəziyyətin son dərəcə çətin olaraq qaldığını vurğulayıblar.
 
Həmçinin qeyd olunub ki, rus qoşunları itkilərə baxmayaraq, hücumlarını davam etdirir və cəbhənin bəzi rayonlarında irəliləməyə nail olublar.
 
"Düşmən Kuçerov Yarda və Şaxmatnoye yaxınlığında irəliləyib" "DeepState" qeyd edib.
 
Xatırladılır ki, oktyabrın 8-də "DeepState" analitikləri Rusiya qüvvələrinin Zaporojya və Sumi vilayətlərində irəlilədiyini bildiriblər.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər