“Onlar Azərbaycanın da, Türkiyənin də gücünə yaxşı bələddirlər”
Ekskluziv
670
19:03, Bu gün

“Onlar Azərbaycanın da, Türkiyənin də gücünə yaxşı bələddirlər”

“Türk dünyasının düşmənləri Azərbaycanın da, Türkiyənin də gücünə yaxşı bələddirlər və onlar bilirlər ki, bizimlə mübarizə aparan hər kəs məğlubiyyətə məhkumdur”.

Bunu Moderator.az-a açıqlamasında professor Cahangir Məmmədli bildirib. Professor qeyd edib ki, Prezident İlham Əliyevin memarı olduğu müasir Azərbaycan öz hərbi-iqtisadi qüdrətini sürətlə artırmaqdadır:

“44 günük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun və xalqımızın əldə etdiyi qələbə, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi bütün dünyanın bizə olan münasibətində ciddi dəyişikliyə səbəb oldu. Bütün dünya Azərbaycanın gücünə, iradəsinə, prinsipiallığına şahid oldu. Bütün dünya bir kəs daha anladı ki, Azərbaycan prinsipial dövlətdir və öz hüquqlarını qorumaq, haqqını təmin etmək üçün qələbəyə qədər mübarizə aparmağa qadirdir.

Bu gün Azərbaycan öz hərbi-diplomatik gücünə, iqtisadi qüdrətinə görə bütün dünyanın diqqət mərkəzindədir. Dünyanın ən güclü dövlətləri belə Azərbaycanın mövqeyi ilə hesablaşır, prezidentimizə öz ehtiramlarını bildirirlər.

Bu gün Azərbaycanın çox güclü müttəfiqləri, dostları mövcuddur. Düşmənlərimiz də bunu bilir və anlayırlar ki, Azərbaycana qalib gəlmək, onun üzərində hansısa üstünlüyə nail olmaq mümkün deyil.

Biz öz gücümüzü qorumaq üçün birliyimizi, həmrəyliyimizi qorumalı, dövlətimizin, Prezidentimizin ətrafında sıx birləşməkdə davam etməliyik. Nə qədər ki, bir olmaqda davam edəcəyik, istənilən mübarizədə qalib gəlməyi bacaracağıq”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər