01:32
0°C
Bakı
“Türk dövlətləri arasında hərbi-texniki əməkdaşlıq genişlənməlidir”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Politoloq qeyd edib ki, müasir dünyada gedən proseslər bunu xüsusilə zərui edir:
“Bu, ilk növbədə dövlətlərimizin hüdudlarının qorunması üçün lazımdır. Çünki bu gün dünyada gedən proseslər, baş verən münaqişə və qarşıdurmalar hər kəsə məlumdur.
İkincisi, bu, kənar təsirlərin qarşısnı almaq baxımından zəruridir.
Üçüncüsü, beynəlxalq hüququ pozan, hansısa iddialarını silah gücünə həyata keçirməyə çalışan qüvvələri yerində oturtmaq üçün güclü ordu və birgə əməkdaşlıq vacibdir. Belə bir əməkdaşlıq bütün türk dünyasının marağına cavab verir və öz aktuallığını hər ötən gün daha da artırır”.
Seymur ƏLİYEV