Bizi sosial şəbəkələrdən izləyin:
Paşinyanın 2018-ci ildə Ermənistan iqtisadiyyatını dirçəltmək məqsədilə ölkəsinə dəvət etdiyi iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daron Acemoğlu Putinin Ermənistandakı milyarder “desant”ı, hazırda həbsdə olan Samvel Karapetyanın qurub başçılıq etdiyi “Bizim yol” hərəkatına qoşulub.
Moderator.az xəbər verir ki, tert.am-ın məlumatına görə, bu barədə “Bizim yol” hərəkatının ilk hesabat yığıncağında məlumat verilib .
Daron Acemoğlu video-müraciətində deyib:
“Bu təşəbbüs Ermənistanın bu gün üzləşdiyi bir sıra mühüm məsələləri gündəmə gətirir və mən bu gün hesabatın mövzuları üzrə müşahidələrimi sizinlə bölüşmək fürsətindən çox məmnunam”.
"Dünyanın dərin texnoloji, siyasi və institusional dəyişikliklərin astanasında olduğu həlledici bir dövrdə yaşayırıq. Bu dəyişikliklər Ermənistana da təsir edir. Təəssüf ki, Ermənistan hələ də öz iqtisadi və xalq potensialından tam istifadə edə bilməyib", - o qeyd edib.
Digər erməni saytlarının məlumatına görə isə, Daron Acemoğlu “Bizim yol” hərəkatının ilk hesabat yığıncağında sadəcə onlayn formatda ekspert kimi çıxış edib.
Qeyd edək ki, Türkiyə əsilli erməni iqtisadçı dünyanın ən yaxşı iqtisadçılarından biri hesab olunur. Ötən il iqtisadiyyat üzrə Nobel Mükafatına layiq görülmüş Daron Acemoğlu Massaçusets Texnologiya İnstitutunun (MIT) professorudur. Bəzi məlumatlara görə, o, Ermənistana gəldikdən sonra bir müddət baş nazir Nikol Paşinyanın iqtisadi müşaviri də olub.
S.Laçın