9 gün tunel qazaraq 4 kiloqram qızıl oğurladı...-FOTOLAR
Ekskluziv
435
12:12, Bu gün

9 gün tunel qazaraq 4 kiloqram qızıl oğurladı...-FOTOLAR

Myanmada (Birma) yeraltı tunel vasitəsilə zərgərlik mağazasından qeyri-adi  oğurluğun üstü açılıb.
 
Moderator.az xəbər verir ki, "Shin Chew Daily" nəşrinin yazdığına görə, naməlum bir adam doqquz gün ərzində birbaşa satış sahəsinə aparan keçidi gizli şəkildə qazıb.
Beləcə o, dəyəri yüz minlərlə dollar olan təxminən dörd kiloqram qızıl-zinət əşyalarını oğurlaya bilib.
 
Polisin məlumatına görə, oğru gündüzlər avtoyuma məntəqəsində işləyib, gecələr isə yalnız yağış yağmayan günlərdə yerin altını qazıb.
 
Bu "cəsarətli" giriş metodu ideyası onun ağlına mağazanın yaxınlığında yeraltı kommunal sistemi gördükdən sonra gəlib. Adam etiraf edib ki, o, tunel çəkməyi "dah ağıllı üsul" hesab edib.
 
Oğru qənimətin bir hissəsini, təxminən 551 qram qızılı təxminən 34 min dollara satmağı bacarıb. O, pulu yeni mobil telefon almaq üçün istifadə edib. Razılaşmadan üç gün sonra o, həbs edilib.
Link kopyalandı!
Son xəbərlər