Bu ölkədə silahlar hərbçiləri “yeyir”
Ekskluziv
630
09:30, Bu gün

Bu ölkədə silahlar hərbçiləri “yeyir”

ABŞ-da nüvə raketləri ilə işləyən hərbçilər arasında xərçəng xəstəliyi sürətlə artmaqdadır.
 
Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri çıxış edib. Nəşr bildirib ki, nüvə-raket sistemində çalışan hərbçilər arasında aparılan tibbi müayinələr bunu sübut edir. 
 
Nəşrin sözlərinə görə, hazırda bu qəbildən olan hərbçilər arasında xərçəngin 14 növü müşahidə olunmaqdadır. Hərbi Hava Qüvvələri, qitələrarası ballistik raket bazaları və buraxılış qurğularında xidmət edən əsgərlər arasında xərçəng xəstəliyinin daha çox yayıldığı müəyyənləşib. 
 
Eyni zamanda, nəşr hesab edir ki, məlum tendensiyanın kifayət qədər geniş yayıldığına baxmayaraq, hələ də bu qəbildən olan hərbçilərin əlillik kompensasiyası almaları ilə bağlı ciddi çətinliklər mövcuddur. Bir çox hallarda hərbçilər bu xəstəliyə məhz xidmət dövründə, xidməti fəaliyyətlə bağlı tutulduqlarını sübut etmək məcburiyyəti ilə üzləşir ki, bu da onlara əlavə problemlər yaradır, müalicə imkanlarını məhdudlaşdırır.
 
Seymur ƏLİYEV
Link kopyalandı!
Son xəbərlər