İlham Əliyevin qələbələri sərhəd tanımır: Vaşinqton zəfərinin ardınca Düşənbə qalibiyyəti...
Ekskluziv
945
09:24, Bu gün

İlham Əliyevin qələbələri sərhəd tanımır: Vaşinqton zəfərinin ardınca Düşənbə qalibiyyəti...

44 günlük Vətən müharibəsindən sonra diplomatik müstəvidə bir-birinin ardınca böyük uğurlar əldə edən Prezident İlham Əliyev, cari ildəki ardıcıl zəfərləri ilə də bütün dünyanı heyrətləndirməkdədir. 2025-ci ilin 8 avqust tarixində ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Ermənistanla sülh müqaviləsinin paraflanmasına nail olan dövlət başçısı, 9 oktyabr tarixində daha bir uğura imza atdı. Belə ki, dünən Düşənbədə Azərbaycan və Rusiya dövlət başçıları İlham Əliyevlə Vladimir Putin arasında keçirilən görüş zamanı Kreml təmsilçisi ölkəsinin səmasında vurulan AZAL təyyarəsi ilə bağlı rəsmi Bakının bütün tələblərini qəbul etdi. Baş verənlərə görə ikinci kəs Azərbaycandan üzr istəyən Vladimir Putin, AZAL təyyarəsnin vurulmasında günahkar olanların cəzalandırılacağını, habelə, həlak olanların ailələrinə kompensasiyaların ödəniləcəyini bildirdi. 
 
Xatırladaq ki, 25 dekabr 2024-cü il tarixində Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı rəsmi Bakı Rusiya qarşısında üç tələb irəli sürmüşdü. Bunlardan biri baş verənlərə görə Rusiya dövlətinin Azərbaycandan rəsmi üzr istəməsi, ikincisi, günahkarların tapılaraq məsuliyətə cəlb edilməsi, üçüncüsü ilə beynəlxalq konvensiya və qanunvericiliyə uyğun olaraq qəzada həlak olanların ailələrinə kompensasiyanın verilməsi idi. 
 
Rusiya Azərbaycanın birinci tələbini qismən yerinə yetirsə də, qalan iki tələbin icrasından yayınır, bu barədə üzərinə konkret bir öhdəlik götürmürdü. Lakin Düşənbə görüşü zamanı Azərbaycandan təkrar üzr istəyən Rusiya prezidenti, digər iki tələbin də yerinə yetiriləcəyini bildirdi. Bununla da, Azərbaycan daha bir diplomatik uğura nail oldu. Rəsmi Bakı Düşənbə qalibiyyəti ilə bütün dünyaya sübut etdi ki, Azərbaycan öz haqlı mübarizəsində heç vaxt heç kimin qarşısnda geri çəkilmir. Əksinə, daim ciddi prinsipiallıq və iradə sərgiləyərək gec-tez öz məqsədinə nail olur, öz haqqını təmin edir. Bu mənada Prezident İlham Əliyevin Düşənbədə əldə etdiyi zəfər sadəcə AZAL təyyarəsi ilə bağlı ölkəmizin tələblərinin yerinə yetirilməsi ilə bağlı deyil, ümumilikdə, Azərbaycan dövlətinin milli maraqlar məsələsində sərgilədiyi prinsipiallığın bütün dünyaya nümayişi baxımından tarixi bir hadisədir. 
 
Düşənbə görüşü və bu görüş əsnasında səsləndirilən fikirlər, əldə edilən şifahi razılaşmalar imkan verəcək ki,  Azərbaycan-Rusiya münasibətlərindəki gərginlik ortadan qalxsın və bu gərginlik yeni əməkdaşlıq əzmi ilə əvəz olunsun. 
 
Azərbaycan və Rusiya prezidentləri arasındakı bu dialoq anti-Azərbaycan qüvvələri üçün də böyük zərbə oldu. Belə ki, iki dövlət arasındakı münasibətlərin gərginləşməyində maraqlı olan bu qüvvələrin arzusu növbəti dəfə gözlərində qaldı. Hər iki dövlət başçısı Düşənbə görüşündəki çıxşları ilə sübut etdilər ki, onlar qarşılıqlı anlaşma və əmədkaşlıqda maraqlıdırlar və heç bir kənar qüvvənin bu münasibətləri pozmağına imkan verməyəcəklər. 
 
Seymur ƏLİYEV
Link kopyalandı!
Son xəbərlər