Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün, oktyabrın 9-da Ermənistanın Sünik rayonunda(Zəngəzur-S.L.), Azərbaycanın Laçın rayonu ilə sərhəd yaxınlığında faciəli hadisə baş verib.
Moderator.az xəbər verir ki, Shamshyan.com saytının yaydığı məlumata görə, saat 10:50 radələrində Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin icma polis baş idarəsinin Gorus şöbəsinə vətəndaşlardan həyəcan siqnalı daxil olub və onlar Xınzirək körpüsündə cəsədin olması barədə məlumat veriblər.
Hadisə yerinə gələn, polis əməkdaşları və müstəntiqlər ölən şəxsin Ermənistana turist kimi səfər etmiş Almaniya vətəndaşı, 73 yaşlı Ulqiş Lotter olduğunu müəyyən ediblər. Məhkəmə-tibb ekspertinin ilkin rəyinə əsasən, xarici müayinə zamanı meyitin üzərində zorakılıq izləri aşkar edilməyib.
Faktla bağlı Gorus İstintaq Şöbəsində qəfil ölüm əlamətləri ilə cinayət işi başlanıb.
Moderator.az-dan zəruri arayış:
Xınzirək (Qaranlıq dərə) ermənilərin (Xndzoresk) adlandırdıqları kənd XX əsrin əvvəllərində Yelizavetpol quberniyasının Zəngəzur qəzası tərkibində Ermənistan SSR-in himayəçiliyinə verilən Qərbi Zəngəzurun ən qədim azərbaycanlılar yaşayan kəndlərindən biri olub.
Kənd, Laçın şəhərindən 15 kilometr qərbdə, Gorus şəhərindən 8 kilometr şərqdə, Gorus-Xankəndi magistral yolunun yaxınlığında, eləcə də Ermənistan-Azərbaycan sərhədinə çox yaxın məsafədə yerləşir. Kəndin adı türk toponimində “qaranlıq dərə”, “dərin dərə”, “böyük dərə” kimi mənalandırılır. Kəndin adı Sovetlər dönəmində ermənilər tərəfindən dəyişdirilərək Xndzoresk (Xınzirək) adlandırılıb.