Bizi sosial şəbəkələrdən izləyin:
“Sosial şəbəkələr insanların fikirlərini çox yayındırır. Televiziyaya çıxan insanlar artıq əhalini başqa məcraya yönəldirlər. Sanki o “qəhrəmanları” tamaşaçılara nümunə göstərirlər. Milli-mənəvi dəyərlər azalıb. Kitaba maraq ümumiyyətlə yoxdur. Tək bizdə yox, bütün dünyada bu vəziyyət hökm sürür. İndi zamandır da. Hər zamanın yaxşı tərəfləri də var, mənfi tərəfləri də. Çox təəssüflənirəm buna görə, amma nə edək? Bütün zamanlarda belə olub”.
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar deyib.
O daha sonra Valeh Kərimovun saytımıza açıqladığı mövzu ilə bağlı da danışıb və sənətkara cavab verib:
“Moşu Göyəzənlinin şair, yaxud yazıçı olması ilə bağlı heç bir məlumatım yoxdur. Siz Vaqif Səmədoğludan da soruşa bilmərsiz, çünki o rəhmətə gedib. Amma Valeh Kərimovdan soruşun ki, bu sözü hardan çıxarıb? Yazıçılar Birliyində 3 min adam var, hansı birini nəzərdə tutur? Təkcə Yazıçılar Birliyində deyil ki. Hər yerdə həm istedadsız, həm də iddialı insanlar var. İnsanlar müxtəlifdir”.
Qeyd edək ki, xalq artisti Valeh Kərimov ötən gün saytımıza açıqlamasında bildirib ki, Moşu Göyəzənli obrazını Vaqif Səmədoğlu Yazıçılar Birliyindən götürüb.