Bizi sosial şəbəkələrdən izləyin:
Oktyabrın 8-də Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan ABŞ dövlət katibinin siyasi məsələlər üzrə köməkçisi Alison Hukerlə görüşüb.
Moderator.az xəbər verir ki, tert.am-ın yazdığına görə, bu barədə Ermənistanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, görüşdə avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlərin, xüsusilə Ermənistan-ABŞ Anlaşma Memorandumu və TRİPP-nin, yəni Zəngəzurdan keçəcək "Tramp yolu"nun icrası prosesi müzakirə olunub.
Alison Huker ABŞ-ın Cənubi Qafqazda sülhün və regional əməkdaşlığın yaradılması gündəliyinə sadiqliyini bir daha təsdiqləyib
Xatırladaq ki, elə həmin gün bir az əvvəl erməni səfri Respublikaçılar Partiyasından olan ABŞ senatoru Stiv Deynslə də görüşdə TRIPP proqramı çərçivəsində regionlararası əməkdaşlıq üçün yeni imkanları müzakirə ediblər.