Putinin ad günü partisinə qatılan 3 deputat kimlər olub?..
Ekskluziv
754
09:09, Bu gün

Putinin ad günü partisinə qatılan 3 deputat kimlər olub?..

Saksoniya-Anhalt  əyaləti parlamentinin ifrat sağçı "Almaniya üçün Alternativ" ("AfD") partiyasından olan üç üzvü Rusiyanın Berlindəki səfirliyində Vladimir Putinin ad günü münasibətilə keçirilmiş qapalı şənlikdə iştirak edib.
 
Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki,  yerli "MDR" nəşrinin məlumatına görə, tədbir əvvəllər konstitusiyaya zidd materialların yayılmasına görə qadağan edilmiş Rusiyayönlü ifrat sağçı “Compact” jurnalı tərəfindən təşkil edilib. Tədbir zamanı nəşrin baş redaktoru Yurgen Elzesser Putini guya “Qərb solçuluğuna qarşı Qərb dəyərlərini müdafiə edən” “dövlət xadimi və vətənpərvər” adlandırıb və diktatora “uzun ömür” arzulayıb.
 
Qonaqlar arasında jurnalistlər "AfD" deputatları Hans-Thomas Tilşnayder, Florian Şröder və Frank-Otto Lizureki görüblər. Bildirilir ki, Tilşnayder artıq Rusiyayönlü bəyanatları və 2022-ci ildə işğal olunmuş şərqi Ukraynaya mübahisəli səfəri ilə tanınır.
 
Saksoniya-Anhaltdakı "AfD" fraksiyasının həmsədri Oliver Kirşner özü də tədbirə dəvət edilməsə də, həmkarlarının iştirakından xəbərdar olduğunu təsdiqləyib. Onun sözlərinə görə, parlament üzvləri “bütün tərəflərlə ünsiyyət saxlamalıdırlar”.
 
Siyasi opponentlər bu hərəkəti "AfD"-nin Rusiyayönümlülüyünün növbəti sübutu kimi qiymətləndirdilər. "SDU" fraksiyasının lideri Gido Hoyer "Almaniya üçün Alternativ" partiyasının bir hissəsinin "azad demokratiyanın əsasları ilə əlaqəni itirdiyini" bildirib. Liberal "FDP"-nin nümayəndəsi Andreas Zilbersak isə partiyanı “kimlə yatacaqlarına – Putinlə, yoxsa Trampla” qərar verməyə çağırıb.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər