Ekskluziv
305
07:08, Bu gün

"Qəzza müharibəsi bitdi": Yaxın günlərdə nə baş verəcək?.."- "Axios"

İsrail və "HƏMAS" Qəzza sülh planının birinci mərhələsini imzalayıb və atəşkəs razılaşması əldə ediblər. Birinci mərhələyə girovların azad edilməsi və İsrail qoşunlarının Qəzzadan qismən çıxarılması daxildir.
 
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, Amerikanın "Axios" portalının yazdığına görə, İsrail və "HƏMAS" yaraqlıları arasında döyüşlərin həllində irəliləyiş "HƏMAS"-ın Qəzzanın israil tərəfindənŞ demək olar ki, tamamilə məhv edilməsinə səbəb olan hücuma başlamasından iki il sonraya təsadüf edir.
 
Donald Tramp İsrail və "HƏMAS"-ın razılaşmanı imzaladığını elan etdikdən sonra ABŞ rəsmisi mediaya Qəzzada müharibənin “bitdiyini” bildirib və girovların tezliklə azad edilməsinin gözlənildiyini təsdiqləyib.
 
"Qəzzada müharibə başa çatıb. Girovlar İsrail hökuməti razılaşmanı təsdiqlədikdən sonra 72 saat ərzində azad ediləcək", - rəsmi bildirib.
 
Onun sözlərinə görə, girovların azad edilməsi bazar ertəsi, oktyabrın 13-nə qədər gözlənilir.
 
Nəşrin qeyd etdiyi kimi, "HƏMAS" tərəfindən oğurlanan 48 israilli girovdan 20-nin hələ də sağ olduğu güman edilir. Bunun müqabilində İsrail həbsxanalarında ömürlük həbs cəzası çəkən 250 fələstinlini, həmçinin 2023-cü il oktyabrın 7-dən İsrail təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan 1700 fələstinlini azad etməyə hazır olduğunu bildirib.
 
Donald Trampın da yaxın vaxtlarda bölgəyə səfəri gözlənilir.  "Axios" Ağ Evin mətbuat katibi Kerolayn Livitin bəyanatına istinadla xəbər verir ki, səfər bu həftə sonu baş tuta bilər.
 
İsrail rəsmiləri ölkənin Nazirlər Kabinetinin "müqaviləni təsdiqləmək" üçün ertəsi gün(9 oktyabr-S.L.) iclas keçirəcəyini açıqlayıb. “Əl-Cəzirə” telekanalının məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
 
Bununla belə, "Reuters" xəbər verir ki, "HƏMAS"-ın nəzarətində olan Qəzza hökumətinin informasiya bürosu sakinləri ehtiyatlı olmağa və səyahətdən çəkinməyə çağırıb, . İnsanlar Fələstin rəsmilərinin atəşkəsi təsdiqləyən bəyanatını gözləməyə çağırılır.
 
Xatırladılır ki, oktyabrın əvvəlində "Əl-Cəzirə" "HƏMAS"-ın Donald Trampın ultimatumuna razılaşdığını və girovları azad etməyə hazır olduğunu bildirmişdi.
 
Bundan əvvəl Donald Tramp "HƏMAS"-la razılaşma üçün son tarix təyin etmişdi və razılaşmasalar, “ onlar üçün cəhənnəm yaşanacaq”, - deyə hədələmişdi.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər