“Həmin adamın bizimlə heç bir qohumluğu yoxdur”-Sənətkarın qızından AÇIQLAMA+ÖZƏL
Ekskluziv
352
10:29, Bu gün

“Həmin adamın bizimlə heç bir qohumluğu yoxdur”-Sənətkarın qızından AÇIQLAMA+ÖZƏL

“Atamın adı gələndə üzümdə təbəssüm yaranır. Həqiqətən də pozitiv insan idi. Hamını çox sevirdi. Onunla bağlı xoş xatirələr yadıma düşəndə məndə pozitiv əhval-ruhiyyə yaranır. O mənim hər zaman xatirimdədir. Bütün övladlar kimi mənim üçün də atam, anam çox əzizdirlər. Əfsuslar olsun ki, hər ikisini itirdim. Bu gün əgər xatırlanırlarsa, nə xoş mənim halıma. İnanıram ki, atamın da, anamın da ruhu şaddır. Çünki atamı yad edəndə anam həmişə sevinirdi. Bu gün atamın davamçısı olacaq gənc aktyor görmürəm. Vacib deyil ki, kimsə atamı təkrarlasın, yaxud da özünü onun davamçısı hesab etsin, əsas odur ki, istedadlı insanlar çox olsun. Azərbaycan incəsənətinin inkişafını, çiçəklənən dövrünü görmək istəyirəm. İnanıram ki, tez bir zamanda bunun şahidi olacağıq”

Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, mərhum aktyor Səməndər Rzayevin qızı Rübabə Rzayeva deyib. O daha sonra gənc aktyor Səməndər Rzayevin onlarla heç bir qohumluğunun olmadığını bildirib:


“Mən o oğlanı tanımıram. Ümumiyyətlə belə bir insanın varlığı haqda da məlumatım yox idi. Sonra məndən soruşdular. Axtarışa verdim, yutubda baxdım və gördüm ki, Səməndər Rzayev adında belə bir aktyor var. Düşündüm ki, yəqin soyadı Rzayev olub, valideynləri atamın pərəstişkarı olublar deyə övladlarına Səməndər adını veriblər. Amma onun özünün müsahibəsində bununla bağlı heç bir fakta rast gəlməmişəm. Məsələn, mənim adım Rübabə, qardaşımın adı Rəşid idi. Nə mənim adım Rübabə Muradovanın şərəfinə qoyulub, nə də qardaşımın adı Rəşid Behbudovun. Mənim adım nənəmin adı olub, atam üzünü görmədiyi qaynanasının şərəfinə anamın xatirinə onun adını qızında yaşadıb. Həmin gəncin bizə heç bir qohumluğu çatmır. Haralı, kim olduğunu, hansısa nəsildən çıxdığını da bilmirəm” deyə qızı bildirib.

 

Link kopyalandı!
Son xəbərlər