13:28
0°C
Bakı
Fransa parlamentinin Fələstin əsilli üzvü Rima Həsən də "AFP"-yə “döyüldüyünü” deyib.
Fransanın seçilmiş nümayəndəsi "avtomobilə minəndə məni iki polis döydü",- deyə bildirib.
O, Qreta Tunberq kimi İsrail həbsxanalarında istifadə edilən boz idman kostyumunu geyinərək "Bizim qınamalı çox şeyimiz var"- deyə vurğulayıb.
"İsrailin Negevdəki [səhradakı] yüksək təhlükəsizlik həbsxanasında... döşəmədəki döşəklərdə hər kamerada bəzən 13-15 nəfər olurduq. Həqiqətən heç nəyimiz yox idi."
Başqa bir fransız deputatı Fransua Pikemal də həbsdən sonra məruz qalan “alçaldılma ardıcıllığını” pisləyib.
“Biz nə vəkil, nə həkim, nə getmək hüququ, nə də duş görmədik”, -deyə o, diqqətə çatdırıb.