Azərbaycandan qaça bilmiş separatçı general
Ekskluziv
662
18:18, Bu gün

Azərbaycandan qaça bilmiş separatçı general "FSB" generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... -"CivilNet"

2 ildn çoxdur ki, Azərbaycan ərazisində yerli-dibli ləğv olunmuş separatçı-terrorçu rejimin qondarma "müdafiə ordusu"nun keçmiş komandanı Samvel Babayan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, Moskvada "FSB" akademiyasını bitirmiş general  Artur Vanetsyanla siyasi əməkdaşlığa başladığını elan edib.
 
Moderator.az xəbər verir ki, separatçı general bu barədə "CivilNet" nəşrinə müsahibəsində danışıb.
 
O, Vanetsyanın baş nazir postuna namizəd ola biləcəyini istisna etməyib.
 
Babayanın sözlərinə görə, o, Vanetsyanla birgə Eçmiədzində yerli özünüidarə orqanlarına keçiriləcək seçkilərdə “Vətən” partiyasından namizəd, şair və publisist Xaçik Manukyanın namizədliyinin irəli sürülməsini dəstəkləyəcək. Separatçı  qeyd edib ki, bu seçkilərin nəticələri 2026-cı il parlament seçkilərində iştirak formatını müəyyən etmək üçün həlledici olacaq.
 
"Bu gün siyasi sahədə gördüyüm yeganə gənc Artur Vanetsyandır. Mən ona siyasi fiqur olmaqda kömək etməyə hazıram", - Babayan qeyd edib.
 
Vanetsyanın siyasi keçmişinin ona mane olub-olmaması, xüsusən də keçmiş prezident Serj Sarkisyanla əməkdaşlığı ilə bağlı sualı cavablandıran Babayan belə cavab verib.
“Mən düşünmürəm ki, Vanetsyan Serj Sarkisyana ən yaxın və ya ən uzaq adam olub.”
 
O əlavə edib ki, o, bütün keçmiş liderlərin, o cümlədən Sərlkisyanın səhvlərini tənqid edir, lakin bu, yeni siyasi birliklərin yaranmasına maneə olmamalıdır.
 
Babayan da təsdiqləyib ki, o, baş nazir postuna iddialı deyil.
“Mən ikinci, üçüncü, hətta dördüncü planda mövqe tuta bilərəm – milli birlik naminə”, - deyə o bildirib.
 
"Artur Vanetsyan baş nazirliyə namizəd ola bilərmi! sualına Babayan belə cavab verib:
"Artur Vanetsyan da ola bilər".
 
Xatırladaq ki, Samvel Babayan 1991-ci ildə  Qarabağda separatçı kimi həbs edilərək Bakıya gətirilib, 6 aya yaxın həbsdə yatıb. Ancaq o sonradan Moskvanın təzyiqi ilə azad edilib. Və 1992-ci ildən separatçı-terrorçu rejimin qondarma "müdafiə naziri", yaxud "müdafiə ordusu"nun komandanı olub. 1994-cü ildə Bişkekdə Azərbaycan tərəfi  ilə imzalanmış atəşkəs sazişinə "müdafiə naziri" kimi məhz S.Babayan imza atıb. Sonradan müxtəlif dövrlərdə Xankəndində qanunsuz vəzifələrdə çalışan  separatçı general 2023-cü  ilin sentyabrında Azərbaycan ordusunun lokal əməliyyatından sonra müəmmalı şəkildə sərhədi keçərək Ermənistana qaça bilib...
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər