Ekskluziv
312
12:06, Bu gün

"Avropa ölkələri heyvanlar kimi qurbanlıqdan öncə qorxudan titrəməlidir" - Medvedev

 
 "Avropa parçalanmış vəziyyətdədir, iqtisadiyyatı zəif, mədəniyyəti isə tənəzzülə uğrayıb..."
 
Medvedevin ritorikası Moskvanın "psixoloji müharibə" strategiyasının tərkib hissəsidir
 
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev yenidən sərt və təhrikedici açıqlamalarla gündəmə gəlib. O, Avropa ölkələrinin guya "heyvanlar kimi qurbanlıqdan öncə qorxudan titrəməli olduqlarını" bildirib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.
 
Onun sözlərinə görə,  Avropa şəhərlərində "NUD epidemiyası", yəni naməlum uçan dronların peyda olduğunu iddia edib. Onun sözlərinə görə, bu aparatlar hər yerdə - hərbi bazaların, hava limanlarının, şəhərlərin üzərində görünür və bu, avropalılarda müharibə qorxusunu artırmalıdır.
 
O, Avropa sakinlərinin yalnız "qorxudan özlərini itirəndən sonra" siyasətçilərinə qarşı çıxacaqlarını söyləyib, Almaniya kansleri Fridrix Merts və Fransa prezidenti Emmanuel Makronu hədəfə alaraq onları "qan üzərində qazanc əldə etməkdə" günahlandırıb.
 
"Avropa ilə müharibə Rusiyanın maraqlarına ziddir"
 
Medvedev bundan öncə verdiyi bəyanatda Rusiya ilə Avropa arasında birbaşa müharibənin "ölkəsinin maraqlarına zidd olduğunu" və baş verməməli olduğunu deyib. Onun sözlərinə görə, Rusiya heç kimlə, o cümlədən Avropa ilə müharibə istəmir, çünki Avropanın iqtisadiyyatı zəif, ABŞ-dan asılı, mədəniyyəti isə "tənəzzülə uğramış" vəziyyətdədir.
 
Bununla belə, o, ehtiyatlı olmağa çağıraraq, "hər zaman faciəvi təsadüf riski mövcuddur" deyib. Medvedev Avropa dövlətlərinin "parçalanmış, zəif və döyüşmək istəksiz" olduqlarını iddia edib, lakin eyni zamanda nüvə silahından istifadəyə qədər gedib çıxa biləcək təhlükəli ssenariləri də istisna etməyib.
 
Beləliklə, Medvedevin son çıxışları bir tərəfdən Avropanı açıq şəkildə qorxutmaq, digər tərəfdən isə müharibəni istəmədiyini göstərmək cəhdidir. Bu ziddiyyətli ritorika Kremlin daxili və xarici siyasətdə artan təzyiqlər fonunda özünəməxsus "psixoloji müharibə"nin təzahürüdür.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər