Paşinyan erməni toplumunu nağıllara inanmamağa çağırır
Ekskluziv
391
15:29, Bu gün

Paşinyan erməni toplumunu nağıllara inanmamağa çağırır

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə erməni toplumuna çağırış edib. Xalqını mövcud reallığı dərk və qəbul etməyə səsləyən Paşinyan, xəyallardan əl çəkməyin vacib olduğunu bildirib. O, qeyd edib ki, məhz xəyali vətən anlayışı erməniləri hər zaman gerçək vətən anlayışından uzaq salıb, erməni toplumu üçün ağır faciələrə yol açıb.

Paşinyanın məlum fikirləri böyük həqiqət olmaqla yanaşı, həm də müasir Ermənistan cəmiyyətindəki acı gerçəklikdən xəbər verir. Bu çıxış bir daha sübut edir ki, bu gün də Ermənistan cəmiyyətində reallıqdan daha çox xəyallarla yaşayan,  Böyük Ermənistan xülyası ilə sağa-sola nifrət saçan insanlar var. Onlar revanşist arzularla yaşayır, mövcud reallıqla barışmaq istəmirlər. Elə bu səbəbdən də Paşinyan həmin kateqoriyadan olan şəxslərə müraciət edərək onları həqiqətin gözünə dik baxmağa, avantürist ideyaların ardınca gedərək Ermənistanı yeni fəlakətlərlə üz-üzə qoymamağa səsləyir.

Bəli, Paşinyanın erməni cəmiyyətinə bu çağırış əslində Ermənistan dövləti üçün xilas reseptidir. Çünki bu çağırış tarixi həqiqətə, mövcud reallığa söykənib. Kiminsə xoşuna gəlib-gəlməməyindən asılı olmayaraq, Paşinyan kiçik Ermənistanı böyük təhlükələrdən qorumağın yeganə mümkün variantını ortaya qoyur. Bu, qonşu dövlət və xalqlarla qarşıdurmadan çəkinmək, “Böyük Ermənistan” xülyasından imtina etmək, inkişaf və tərəqqiyə köklənməkdir.

Əgər Ermənistan toplumu Paşinyanın bu çağırışına səs verəcəksə, o zaman özünü xilas etməyi bacaracaqdır. Yox əgər iki əsrdir ortaya qoyduğu faşist düşüncə tərzini, terror siaysətini davam etdirəcəksə, o zaman öz dövlətçiliyi ilə yanaşı, nə vaxtsa yenidən seçim etmək haqqını həmişəlik itirəcəkdir.

Seymur ƏLİYEV

 

Seçilmiş xəbərlər
RU
Moderator
Xəbər lenti
Top xəbərlər
Gün
Həftə
Ay
Yazarlar
Link kopyalandı!
Son xəbərlər
Son xəbərlər