Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya Silahlı Qüvvələrinin komandirləri yaralı rus işğalçılarına tibbi yardım göstərməmək və itki statistikasını “şişirmək” üçün onlardan hücum qrupları yaradır.
Moderator.az xəbər verir ki, "Fokus" nəşri bu haqda “Ateş” partizan hərəkatına istinadla məlumat yayıb.
Xəbərdən bəlli olur ki, Zaporojye istqiamətinda Rusiya Silahlı Qüvvələrinin yaralı əsgərləri “hücum resursuna” çevriliblər.
"İtkilərin sayı ilə bağlı yanlış hesabat səbəbindən bölmə komandirləri yaralıların təxliyyəsindən tamamilə imtina etmək məcburiyyətində qalırlar. Bunun əvəzinə mövqeləri müdafiə etmək üçün yaralı əsgərlərdən ayrı-ayrı qruplar yaradır və onları tibbi yardımdan məhrum edirlər", - məlumatda deyilir.
Partizanlar aydınlaşdırıblar ki, onlar bu məlumatı Zaporojye istiqamətindəki 201-ci Rusiya motoatıcı alayındakı agentlərindən alıblar. Rusiya komandirləri şəxsi itkilərin həqiqi sayını belə gizlətməyə çalışırlar.
"Müalicə almağa çalışanları xüsusi aqibət gözləyir - onları qanları axa-axa hücum qruplarına göndərirlər. Komandanlıq iki problemi belə həll edir: "əlverişsiz" əsgərlərdən xilas olur və Ukrayna mövqeləri üzərinə irəliləmək cəhdi görüntüsü yaradırlar", - "Atəş" qeyd edib.
Xatırladılır ki, sentyabrın 30-da "Ateş" Rusiya Silahlı Qüvvələrinin əsgərlərinin Zaporojye istiqamətində sağ qalmaq üçün pul ödəməyə məcbur olduqlarını haqda da məlumat çatdırıb.
S.Laçın