Bu ölkə “helikopterlərin xilası” əməliyyatına hazırlaşır – Hərb tarixində ilk!
Ekskluziv
328
05 Oct 2025 | 22:23

Bu ölkə “helikopterlərin xilası” əməliyyatına hazırlaşır – Hərb tarixində ilk!

2100 helikopterdə anti-dron silahları yerləşdiriləcək

ABŞ müasir hərbi əməliyyatların taleyinə ciddi təsir göstərən, güc balansını alt-üst edən dronlardan helekopterləri qorumaq üçün yeni hərbi layihəyə start verməyə hazırlaşır.

Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, bu məqsədlə ABŞ ordusunda ən çox istifadə edilən 2100 ədəd “Qara şahin” helekopterlərinə dron əleyhinə xüsusi silahların əlavə edilməsi nəzərdə tutulur. ABŞ hərbi rəhbərliyi hesab edir ki, bu cür silahlar olmadan helekopterlər dronlar üçün “asan yem”ə çevrilə bilər. Bu səbəbdən də hava donanmasının dron əleyhinə silahlarla təchiz edilməsi vacib addımlardan biri hesab olunur.

Hərbi mütəxəssislər hesab edir ki, “Qara şahin”lərin anti-dron silahları ilə təchizatı bu helekopterlərin satışına da müsbət təsir göstərəcək.

Xatırladaq ki, “Qara şahin” helekopterləri dünyada ən çox satılan helekopterlərdən biri hesab edilir və ondan sadəcə hərbi əməliyyatlarda deyil, mülki işlərdə də geniş istifadə olunur.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər