Bizi sosial şəbəkələrdən izləyin:
"Donald Trampın təmsil etdiyi insanlar tezliklə ABŞ-da azlıq təşkil edəcək..."
Növbəti onilliklər ərzində ABŞ-ın mövcudluğunun qayəsi ölkənin Donald Trampı prezident seçmiş hissəsi ilə onun ölkəyə rəhbərlik etməsini istəməyən hissəsi arasında siyasi müharibə ola bilər.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu fikri jurnalist Vitali Portnikov "Ecpreso" telekanalında bildirib.
Onun sözlərinə görə, ABŞ-da dərin xəstə, parçalanmış cəmiyyət var və bu cəmiyyətdə Trampın prezident kimi ortaya çıxması “Amerikanın yarısının digərinə nifrət etməsinə səbəb olub”.
“Əgər radikal solçulardan biri Demokrat Partiyasının rəhbəri olarsa, bir Amerika ilə digəri arasında siyasi müharibə yaxın onilliklər üçün bu ölkənin mövcudluğunun əsas qayəsi olacaq”, – jurnalist vurğulayıb.
Portnikov qeyd edib ki, ABŞ-da demoqrafik vəziyyət elədir ki, Donald Trampın təmsil etdiyi insanlar çox tezliklə azlıq təşkil edəcək.
“Amerika demokratiyasını Amerika diktaturası ilə əvəzləməsələr, onlar hakimiyyəti saxlaya bilməyəcəklər... Buna görə də Amerikanın çox sadə seçimi olacaq: ya demokratik təsisatların tədricən dağıdılması ilə "Ağ Amerika"nın diktaturası olacaq... ya da Birləşmiş Ştatlar Argentina və ya Braziliya kimi tipik Latın Amerikası ölkəsi olacaq”, - deyə jurnalist ehtimal edib.
Xatırladılır ki, ABŞ prezidenti Donald Trampın administrasiyası radikal addıma hazırlaşır. Qaçqınları- miqrantları qəbuletmə proqramında görünməmiş ixtisar baş verəcək. Belə ki, gələn il bu proqrama 7500 nəfərlik məhdudiyyət qoyulması planlaşdırılır...
S.Laçın