Ekskluziv
349
20:23, Bu gün

"Azadlıq ya indi, ya heç vaxt":  Saakaşvili ölkədə inqilaba çağırış edib" - "Deutsche Welle"

"İnqilab qaçılmazdır, amma bu, partiyaların inqilabı olmayacaq..."
 
Gürcüstanda 4 oktyabr 2025-ci il yerli seçkilərindən öncə sabiq prezident və "Birləşmiş Milli Hərəkat"ın lideri Mixail Saakaşvili, həbsdə olmasına baxmayaraq, ölkədə inqilaba çağırış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
 
Sosial şəbəkələrdə və mətbuata yayılan müraciətində o bildirib ki, "inqilab qaçılmazdır, amma bu, partiyaların inqilabı olmayacaq". Saakaşvili seçki günü kütləvi aksiyalara çıxmağa və "Rusiyapərəst rejimi sakit yolla devirməyə" çağırıb. Onun sözlərinə görə, bu, Gürcüstanı yenidən Avropa yoluna qaytarmaq üçün son şansdır: "4 oktyabr ölkəni xilas etmək üçün son fürsətdir. Hamınızı sonadək dayanmağa çağırıram! Azadlıq ya indi, ya heç vaxt!"
 
Hakimiyyət sakit seçki üçün hazırlaşır
 
Buna qarşı Gürcüstanın baş naziri İrakli Kobaxidze və hakim "Gürcü arzusu" partiyası vətəndaşları və gəncləri təxribatlardan uzaq durmağa çağırır. Kobaxidze Saakaşvili və tərəfdarlarını "xarici xüsusi xidmətlərin növbəti inqilabı hazırlayan qüvvələri" dəstəkləməkdə ittiham edib və ölkənin 3061 seçki məntəqəsində polis tərəfindən nizamın təmin olunacağını bildirib. Baş nazir hər hansı zorakılıq ssenarisinə qarşı "sərt, lakin proporsional" cavab veriləcəyini vurğulayıb.
 
Seçki və siyasi böhran
 
Oktyabrın 4-də Gürcüstanda 64 sakrebuloda 2058 deputat və 64 mer seçiləcək. 12 partiya iştirak etsə də, əsas müxalifət qüvvələrinin, o cümlədən Saalaşvilinin partiyası və "Aqmaşenebeli strategiyası" seçkiləri boykot edir. Onlar hakimiyyəti seçkiləri saxtalaşdırmaqda, fəalların həbsində və senzura tətbiq etməkdə ittiham edirlər. Sorğular "Gürcü arzusu"nun 40-50 faiz dəstək ilə liderliyini göstərir, lakin aksiyalar nəticəsində seçici fəallığının aşağı olması riski yüksəkdir.
 
Etirazların perspektivləri
 
Ekspertlər bildirib ki, dekabr 2024-cü ilin dekabr ayındakı genişmiqyaslı aksiyalar nəticə vermədiyi üçün bu dəfəki etirazların da əsaslı dəyişiklik gətirməsi ehtimalı azdır. Ölkədə müxalifət daxili parçalanma və liderlərin həbsdə olması səbəbindən zəifləyib. Politoloq Qela Vasadze vurğulayıb ki, xalq etiraz etməzsə, cəmiyyət ölüdür, lakin aksiyalar yalnız hakimiyyət daxilində parçalanma baş verdiyi halda nəticə verə bilər.
 
Gələcək risklər və ümidsizlik
 
Saakaşviliyə görə, əgər seçki günü geniş aksiyalar həyata keçirilməzsə, ölkədə ümumi ümidsizlik hökm sürəcək və Qərb Gürcüstana diqqəti kəsəcək. Onun çağırışı, gənclər və "Z nəsli"ni mərkəzə çıxararaq, hakimiyyətin dəyişməsi üçün son şansı vurğulayır.
Link kopyalandı!
Son xəbərlər