Ekskluziv
590
08:19, Bu gün

"Zapravka ölkəsi" Rusiya artıq benzin satmır, idxal edir..." -Zelenski 

 Oktyabrın 1-dən Krımda benzinlə bağlı yeni məhdudiyyətlər tətbiq edilib: bir müştəriyə 20 litrdən artıq benzin satıla bilməz...
 
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın neft sənayesi obyektlərinə sistemli zərbələr endirməsi nəticəsində Rusiya dünyanın müxtəlif regionlarından, xüsusən də Çin və Belarusdan benzin idxal etmək məcburiyyətində qalıb.
 
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, xalqa axşam müraciətində bunu deyən Ukrayna prezidenti Vladimir Zelenski  Ukraynanın işğalçı dövlətin ərazisinə zərbələrinin spektrinin artacağını bəyan edib.
 
"Rusiya benzin idxal edir və müxtəlif coğrafiyalardan: Asiyadan, Çindən və digər ölkələrdən və Avropadan, xüsusən də Belarusdan... Bu, benzin satmaq əvəzinə idxal edən "zapravka ölkəsi" olan Putinin müharibəsinin nəticələrindən biridir. Bunlar Ukrayna Təhlükəsizlik Xidmətinin, Ukrayna Silahlı Qüvvələrimizin və Ukrayna silah istehsalçılarımızın düzgün qərarlarının nəticələrədır", - Zelenski belə deyib.
 
Ukrayna lideri həmçinin beynəlxalq tərəfdaşlarla yeni birgə silah istehsalı layihələrini açıqlayıb.
 
"Hazırda tərəfdaşlarımızla birgə silah istehsalı ilə bağlı qərarların təfərrüatlarını yekunlaşdırırıq. Bunlar ən çox yardım göstərənlərlə birgə verilən ciddi qərarlardır. Bunlar müdafiəmiz üçün konkret faydaları olan konkret layihələrdir. Gələcəkdə Ukraynada da yerli istehsal olacaq. Səmanı qorumağa kömək edəcək istehsal", - deyə Zelenski izah edib.
 
Ukrayna prezidenti qeyd edib ki, ruslara qarşı yeni sanksiyalar hazırlanır ki, bu da mövcud məhdudiyyətlərin uzadılmasını və yenilərinin, xüsusən də Rusiya müdafiə sənayesinin ehtiyacları üçün işləyən şirkətlərə və şəxslərə qarşı tətbiq edilməsini nəzərdə tutur.
 
Xəbərdə o da qeyd edilir ki, oktyabrın 4-nə keçən gecə pilotsuz təyyarələr Sankt-Peterburq yaxınlığındakı Kirişi məntəqəsində yerləşən Rusiyanın ən böyük neft emalı zavodlarından birinə yenidən zərbələr endirib.
 
Xatırladılır ki, oktyabrın 1-dən Krımda benzinlə bağlı yeni məhdudiyyətlər tətbiq edilib: bir müştəriyə 20 litrdən artıq benzin satıla bilməz...
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər