“Şuşa teatrı Xankəndində fəaliyyət göstərəcək”-ÖZƏL+FOTO
Ekskluziv
495
18:41, Bu gün

“Şuşa teatrı Xankəndində fəaliyyət göstərəcək”-ÖZƏL+FOTO

“Xankəndində evimiz qalıb. Amma yaşayış üçün yararlı deyil. Ya sökülüb yenidən tikilməli, ya da bərpa olunmalıdır. Hələ ki, Xankəndinə köç yoxdur. Yerli camaatın orada olması əsas şərtdir. Bu insanların əksəriyyəti yataqxanalarda qalır. Günlərini sayırlar ki, həmin yataqxanalardan canlarını qurtarsınlar. Xankəndlilər orada yüksək vəzifələrdə çalışmalıdırlar. Bu mütləqdir”

Bunu Moderator.az-a açıqlamasında Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı, sabiq millət vəkili Flora Qasımova deyib. Flora Qasımova bildirib ki, hazırda Xankəndi Dövlət Dram Teatrında təmir işləri aparılır:


“Orada təmir gedir. Zəfər parkı salınacaq. Eşitdiyimə görə Şuşa Dövlət Musiqili Dram Teatrı elə Xankəndindəki teatrda fəaliyyət göstərəcək. Çünki orada əvvəldən Azərbaycan teatrı olmayıb. Xankəndində fəaliyyət göstərən teatr ermənilərin idi. Ona görə də oradakı tamaşaların heç birinə gedib baxmamışam. Ulu Öndər Heydər Əliyevlə bir dəfə orada görüşmüşəm. Şəhər partiya komitəsində işləyəndə yenə də orada tədbirlərdə iştirak etmişəm. O vaxt onların bir yazıçıları gəlmişdi, böyük bir tədbir keçirildi və ona xalça hədiyyə olundu. Halbuki o erməniləri qızışdıran, hər zaman Azərbaycanın əleyhinə danışan və addım atan şəxslərdən biri idi. Azərbaycan sənətçiləri orada qastrol səfərlərinə gəlməyiblər. Mən heç vaxt görməmişəm” deyə Flora Qasımova bildirib.

 

Link kopyalandı!
Son xəbərlər