Azərbaycanlı məşhurlar Burak Özçivitlə birlikdə festivalda - “Bizi əsl ulduz kimi qarşıladılar”-FOTOLAR
Ekskluziv
209
18:32, Bu gün

Azərbaycanlı məşhurlar Burak Özçivitlə birlikdə festivalda - “Bizi əsl ulduz kimi qarşıladılar”-FOTOLAR

Qazaxıstanın Aktau şəhərində 5-ci Korkut Ata Türk Dünyası Film Festivalının açılış mərasimi keçirilib. Azərbaycan nümayəndə heyəti də festivalın açılışında iştirak edib. Festivalda Azərbaycan tərəfdən tanınan sənətçilər, rejissorlar və digər kino işçiləri iştirak edir. Tədbirdə ulduz qonaq qismində iştirak edən tanınmış aktyorlardan biri də Elşən Orucovdur.
 
Sənətçi Moderator.az -a açıqlamasında bildirib ki, ilk dəfədir ki, bu festivalda iştirak edir:
 
“Bu cür mötəbər bir festivalda iştirak etmək mənim üçün çox qürurverici bir hissdir. Əlbəttə ki, belə tədbirlərin keçirilməsi kinematoqrafiyanın inkişafı və qarşılıqlı mədəni əlaqələrin gücləndirilməsinə səbəb olur. Mən də ilk dəfədir ARKA (Azərbaycan Respublikası Kino Agentliyi) tərəfindən dəvət olunmuşam. Əksər türkdilli ölkələrdən burada iştirakçılar var. Burak Özçivit və digər türk məşhurlar da buradadır. Hər şey yüksək səviyyədə təşkil olunub. Bizi əsl ulduz kimi qarşıladılar. Hər ölkə öz filmlərini öncədən festivala göndərmişdi. Azərbaycan festivalda 7 filmlə təmsil olunur. Artıq festivalın 3-cü günüdür. Oktyabr ayının 4-də festivalın nəticələri elan ediləcək. Filmlərə hər ölkədən iştirak edən münsiflərin verdiyi səslərlə qaliblər müəyyən ediləcək və festivalın sonuncu günündə nəticələr ictimaiyyətə açıqlanacaq. Festival çərçivəsində kino sammitləri keçirilir. Sammitdə TÜRKSOY-a üzv ölkələr Qazaxıstanla kino sahəsində ortaq əməkdaşlıq memorandumu da imzaladılar” deyə aktyor bildirib.
Link kopyalandı!
Son xəbərlər