“Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısına damğa vuran lider: İlham Əliyev!
Ekskluziv
370
14:31, Bu gün

“Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısına damğa vuran lider: İlham Əliyev!

2 oktyabr 2025-ci il tarixində Danimarkanın paytaxtı Kopenhagen şəhərində  “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyası keçirilib. Sessiayada Avropanın siyasi ldierləri ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.

Prezident İlham Əliyevin Kopenhagen sessiyasında iştirakı Avropa liderləri arasında böyük maraq və məmnunluqla qarşılanıb. İlham Əliyevlə regional və beynəlxalq məsələlər, eləcə də ikitərəfli münasibətləri müzakirə etmək üçün görüş təşəbbüsü ilə çıxış edən Avropa liderləri, Azərbaycanın Qərbin enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirib, buna görə dövlətimizə təşəkkürlərini bildiriblər.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü xüsusi maraq doğurur. Görüş zamanı Azərbaycanı 8 noyabr Vaşinqton razılaşması ilə bağlı təbrik edən Avropa liderləri, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyində roluna diqqət çəkilib. Buna görə Prezident İlham Əliyevə təşəkkür edən Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycanlıa əməkdaşlıqdan məmnunluqlarını dilə gətiriblər.

Prezident İlham Əliyev hazırda 10 Avropa, o cümlədən 8 Avropa İttifaqına üzv dövlətin Azərbaycan qazını aldığını qeyd edib və bundan sonra da ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyinin təmində yaxından iştirak edəcəyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kopenhagendə Moldova Respublikasının Prezidenti Maya Sandu, İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni, Niderland Krallığının Baş naziri Dik Sxof və digər liderlərlə görüşüb. Bütün bu görüşlərdə ikitərəfli münasibətlərin inkişafı müzakirəı edilib, Azərbaycanın Avcropanın enerji təhlükəsizliyindəki artan roluna toxunulub.

Prezident İlham Əliyevin Kopenhagendə keçirdiyi görüşlər içərisində dövlət başçımızın Fransa prezidenti Emmanuel Makronla görüşü xüsusilə maraq doğurur. Fransa prezidentinin təşəbbüsü ilə baş tutan görüşdə Emmanuel Makron Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar dövlətimizin başçısını təbrik edib. Görüşdə Fransa-Azərbaycan münasibətlərinin inkişafı perspektivi müzakirə edilib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan mövqeyi tutan və ölkəmizlə bağlı əsassız ittihamlar, böhtan və yalanlar səsləndirən Fransanın ölkəmizlə əməkdaşlığa böyük maraq göstərməsi ciddi mətləbrlədən xəbər verir. Bu, hər şeydən öncə Azərbaycanın bütün dünyada, o cümlədən Avropada artan nüfuzundan, ölkəmizlə bağlı gözləntilərdən xəbər verir.

Müasir dünyamızda enerji təhlükəsizliyi probleminin aktuallaşması Azərbaycanın Avropa üçün önəmini sürətlə artırmaqdadır. Bu mənada Azərbaycanın önəmi digər Avropa dövlətləri kimi Fransa üçün də öz əhəmiyyətini artırmaqdadır. Rusiya və digər dövlətlərin enerji təminantından siyasi təzyiq aləti kimi istifadə etməsi də Avropanın Azərbaycan kimi etibarlı tərəfdaşlara ehtiyacını artırır. Məhz bu səbəbdən də digər Avropa dövlətləri kimi Fransa da Azərbaycanın qlobal aləmdə artan nüfuzunu və rolunu etiraf etməkdədir.

Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyasında görüşdüyü liderlərdən biri də Ukrayna prezidenti Volodimir Zelenski oldu. Zelenskinin təşəbbüsü ilə gerçəkləşən bu görüş zamanı Ukrayna prezidenti ölkəsinə verdiyi humanitar dəstəyə, o cümlədən Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə dövlət başçımıza təşəkkür edib. Zelenski “X” hesabındakı paylaşımında da bu görüşün əhəmiyyətini qeyd edib:

“Azərbaycan Prezidenti ilə görüşüm oldu. Mən ona Ukraynanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi prinsipial və davamlı dəstəyə görə təşəkkür etdim. Biz Ukraynada ədalətli sülhə doğru diplomatik səylər barəsində fikir mübadiləsi apardıq, əlavə olaraq enerji və potensial hərbi əməkdaşlıq ətrafında müzakirəmiz oldu. Dövlətlərimiz arasında kontaktların çoxaldılması barədə razılaşdıq. Mən Azərbaycana göstərdiyi dəstəyə görə minnətdaram”.

Bir sözlə, Kopenhagen görüşləri bir daha sübut etdi ki, Avropada Azərbaycan və onun Prezidentinin nüfuzu sürətlə artmaqdadır. İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısına damğa vurması bu gerçəyin ən böyük təsdiqidir. Və Kopenhagendə baş verənlər onu deməyə əsas verir ki, Azərbaycan gələcəkdə də Avropa üçün ən cəzbedici dövlətlərdən biri olaraq qalacaq.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər