Bizi sosial şəbəkələrdən izləyin:
Oktyabrın 2-də axşam saatlarında Almaniyanın Münhen hava limanı yaxınlığında naməlum pilotsuz təyyarələr görünüb. Hava limanı yeddi saat bağlanıb. Yerli vaxtla səhər saat 5:00-da uçuşların gəlişi və qalxması təhlükəsiz hesab edildikdə aeroport yenidən açılıb.
Moderator.az xəbər verir ki, bu haqda "Der Spieigel" və "CNN" məlumat yayıb.
Alman nəşri yazır: "Federal polis gecə ərzində bir neçə nəfərin aerodrom yaxınlığında pilotsuz uçan aparat gördüyü barədə məlumat verdiyini bildirib. Sonradan dronların birbaşa hava limanı üzərində peyda olması ilə bağlı xəbərlər də yayılıb. İlkin olaraq orada tək və ya bir neçə təyyarənin olması bəlli deyildi".
Asiyaya üç uzunmüddətli uçuş da daxil olmaqla cəmi 17 reys ləğv edilib.
Bundan əlavə, gələn 15 reys Almaniyanın Ştutqart, Nürnberq və Frankfurt şəhərlərinə, eləcə də Avstriyanın Vyana şəhərinə yönləndirilib. Uçuş izləmə saytı "Flightradar göstərib ki, bir neçə təyyarə başqa istiqamətlərə getməzdən əvvəl saat 23:00 radələrində hava limanında dövrə vurur.
Hava limanında baş verən hadisələr 3 min sərnişinə təsir edib.
Əyalət və federal polis əməkdaşları pilotsuz uçan aparatlar və ehtimal olunan şübhəlilər axtarılan ərazidə patrul həyata keçirib.
Xatırladılır ki, "Ryanair"-in baş direktoru Maykl O'Liri Aİ-ni tənqid edib və Avropa hava limanlarını naməlum dronlardan qorumağa çağırıb. Onun sözlərinə görə, Avropada aviasiyanın pozan pilotsuz təyyarələr vurulmalıdır. "Uçuşların ləğvi və dayandırılması "dağıdıcıdır" ",- "Ryanair" baş direktoru bildirib.
S.Laçın