“Bu qanun ailənin bütövlüyünə, möhkəmliyinə xidmət edir, ata ilə ananın...” - Jalə Əliyeva+ÖZƏL
Ekskluziv
311
22:18, Bu gün

“Bu qanun ailənin bütövlüyünə, möhkəmliyinə xidmət edir, ata ilə ananın...” - Jalə Əliyeva+ÖZƏL

“Ölkəmizdə atalara atalıq məzuniyyətinin verilməsi ilə bağlı məsələ hazırda gündəmdədir. Sadəcə açıqlama gətirmək istəyirəm ki, zatən qanunvericiliyə görə atalara bu günə qədər atalıq məzuniyyəti verilirdi. Bu ödənişsiz məzuniyyət hesab olunurdu. Qanunvericiliyə təklif olunan yeni təkliflərə və dəyişiklərə görə bundan sonra atalar ödənişli məzuniyyətə çıxacaqlar”
 
Bunu Moderator.az-a açıqlamasında millət vəkili, Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.
 
O bildirib ki, hazırda bu dəyişikliklə bağlı iş gedir:
 
“Həm Azərbaycan Respublikasının Milli Məclisinin Ailə Qadın və Uşaq məsələləri komitəsində, həm də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində irəli sürülən təkliflər və müzakirələr nəticəsində qanunvericiliyə bu dəyişikliyin və əlavənin edilməsi qərara alınıb. Bununla bağlı qanunvericilik sənədi üzərində iş gedir. Düşünürük ki, yaxın zamanlarda yəqin ki, artıq bu müddəa yeni formada Milli Məclis komitəsinə daxil olacaq. Onu da qeyd etmək istəyirəm ki, atalara məzuniyyətin ödənişli əsaslarla verilməsi birbaşa ölkəmizdə gender siyasətinə, ailələrin bütövlüyünə, möhkəmliyinə xidmət edir. Eyni ata ilə ananın hüquqlarını bir daha eyniləşdirir” deyə o bildirib.
 
Link kopyalandı!
Son xəbərlər