Niderlanda məxsus
Ekskluziv
367
12:22, Bu gün

Niderlanda məxsus "F-35" qırıcısı Rusiya "Şahed" dronunu vuruB...- Foto-dəlillər

Niderland Hərbi Hava Qüvvələrinə məxsus "F-35" qırıcısı Rusiyanın "Şahed" pilotsuz təyyarəsini vurub. Bunu hərbçilərin təyyarənin gövdəsində qoyduğu işarə də təsdiqləyir.
 
Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə “Defensie.nl” nəşri məlumat yayıb.
 
Nəşr sübut kimi qırıcı təyyarənin fotosunu dərc edib. Təyyarənin üzərində Rusiya hücum dronunun işarəsi var .
 
Dronun vurulması, ehtimal ki, sentyabrın 10-da Polşanın hava məkanında baş verib.
 
Xatırladılır ki, Niderland Hərbi Hava Qüvvələrinin "F-35" qırıcıları NATO ərazisini qorumaq üçün sentyabrın 1-dən dekabrın 1-dək Polşadadır.
 
Niderlandlı pilotlar artıq bir neçə döyüş növbəsində iştirak ediblər və bir dəfə Rusiya pilotsuz təyyarələrini vurmaq üçün silahdan istifadə ediblər.
 
Link kopyalandı!
Son xəbərlər