“Çünki onun həyata keçirdiyi işlərin mahiyyəti ABŞ hökumətinin bürokratik aparatının sayını azaltmaq, lazımsız məmurların işdən uzaqlaşdırılması və Konqreslə olan maliyyə məsələlərini həll etmək üçün ciddi islahatlara əl atmaq məqsədi güdür...”
“Bir-neçə gün bundan əvvəl ABŞ lideri Donald Tramppp “şatdaun” elan etdi. Bu, ABŞ hökumətinin fəaliyyətinin müəyyən müddət ərzində dayandırılması deməkdir. Əlbəttə ki, bura yüksək vəzifəli məmurların işlərinin dayandırılması da daxil olsa da, elə strukturlar vardır ki, onlara bunun aidiyyəti ola bilməz. Belə vəziyyətin yaranmasına səbəb ilk növbədə Konqresin dövlət orqanları ilə maliyyə məsələləri bağlı ortaya çıxan narazılıqlardır”. “Şatdaun” elan olunduğu andan qeyri-kritik orqanların fəaliyyəti dayandırılır və işçilər ödənişsiz məzuniyyətə göndərilirlər. “Qeyri-kritik orqanlar” dedikdə ölkənin təhlükəsizliyinə aidiyyatı olmayan qurumlar nəzərdə tutulur. Bununla belə, hökumətin xərclərini Konqres müəyyən etdiyindən, istənilən dövlət qurumunun maliyyələşdirilməsi dayandırıla bilər”.
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli ifadə edib.
“Bəzi federal xidmətlər “şatdaun” zamanı öz fəaliyyətlərini həmin müddətdə davam etdirə bilər.
ABŞ-ın başqa prezidentləri dövründə “şatdaun”lar olmuşdur. Bunu adi hal kimi qəbul etmək olar. Bununla belə, onun nəticələri idarəetmə sisteminin təkmilləşməsi ilə bağlıdır. 2018-ci ildə də Trampın qərarı ilə onun ilk “şatdaun”u həyata keçirilmişdi. Hökumətin fəaliyyəti 35 gün ərzində dayandırılmışdı. Analitiklərinin sözlərinə görə ikinci dəfə hakimiyyətə gələn Trampın yenidən “şatdaun”a əl atacağı gözlənilirdi. Çünki onun həyata keçirdiyi işlərin mahiyyəti ABŞ hökumətinin bürokratik aparatının sayını azaltmaq, lazımsız məmurların işdən uzaqlaşdırılması və Konqreslə olan maliyyə məsələlərini həll etmək üçün ciddi islahatlara əl atmaq məqsədi güdür”, - deyə davamında həmsöhbətimiz bildirib.
Analitik hesab edir ki, bu “şatdaun” nəticəsində Tramp tərəfindən İlon Maskın yenidən ölkə idarəçiliyinə qaytarııması ehtimalı yüksəkdir:
“Xatırladaq ki, Tramp ikinci dəfə prezident seçiləndən sonra İlon Maskın əliylə yaratdığı qurum dövlət idarəçiliyin effektivliyini müəyyən edən yeni dövlət strukturu idi. Maskın həyata keçirtdiyi layihələr Trampın ürəyincə idi. Onlar ilk növbədə dövlət xərclərini azaldırdı. O zaman Konqres bu strukturun maliyyələşdirilməsinə müəyyən maneələr yaratsa da, İlon Maskın hökumətin bürokratik aparatında apardıqları dəyişikliklər idarəçilikdə olan bir-çox maneələri aradan qaldırırdı. Bununla belə, güclü bürokratiyanın təzyiqinə məruz qalan Tramp Maskın apardığı işi dayandırsa da, onun sisteminin effektivliyini nəzərə alaraq, bu “şatdaun”a getdi. Əlbəttə ki, ABŞ prezidenti Maskı yenidən yaratdığı dövlət strukturunda görməyə çalışacaq. Çünki o, bürokratik aparatın işini gücləndirən və sayını azaldan yeganə şəxsiyyət idi. Ən əsası onun islahatlarından sonra, hökuməti saxlamaq üçün xərclərin həcmi azalacaq və Konqreslə Prezident arasında ortaya çıxan maliyyə məsələləri qaydasına düşəcək.
Beləliklə, Trampın növbəti “şatdaun”u ABŞ hökumətinin maliyyə xərclərinin azaldılması və effektiv işləməsi ilə bağlıdır. Bu, Birləşmiş Ştatlar idarəçilik sisteminin effektivliyini artırmaq üçün atılmış düzgün addımdır”.