Köçəryan Moskvaya getdi- Putinin Ermənistan üzrə kuratoruna Paşinyanı devirmək planını təqdim etdi?..
Ekskluziv
765
08:23, Bu gün

Köçəryan Moskvaya getdi- Putinin Ermənistan üzrə kuratoruna Paşinyanı devirmək planını təqdim etdi?..

"Artıq bir neçə gündür ki, ikinci prezidentin ofisindən Robert Köçəryanın Moskvaya səfəri ilə bağlı izahat ala bilmirik. Onun bu yaxınlarda Moskvaya getdiyi, Kremlin erməni məsələləri üzrə kuratoru Sergey Kiriyenko ilə görüşdüyü və Ermənistanın daxili siyasi məsələlərini, o cümlədən seçkilərlə bağlı məsələləri müzakirə etdiyi barədə məlumat almışıq".
 
Moderator.az xəbər verir ki, bunu səhər saatlarında "Hraparak" nəşri yazıb.
 
Erməni qəzetinin əldə etdiyi məlumata görə, Xocalı canisi olan, terrorçu eks-prezident Kreml nümayəndəsinə seçkilərdə uğur qazanmağın düsturunu təqdim edib ki, bu da müxalifət meydanını birləşdirmək və hakimiyyətə qarşı ən geniş cəbhədə mübarizə aparmaqdır. Köçəryan həmin prosesin böyük maliyyə xərcləri də tələb etdiyini diqqətə çatdırıb.
 
"Kreml rəsmisi heç bir konkret öhdəlik götürməyib, üstəlik, az qala Ermənistandan əllərini çəkdiklərini açıq şəkildə ifadə edib.
Dünən “Hayastan” blokunun deputatı Aqnesa Xamoyandan ikinci prezidentin son günlər Moskvada olub-olmamasını öyrənməyə çalışsaq da, o, prezidentin səfərlərindən xəbərsiz olduğunu dedi. "Bəs Kiriyenko ilə görüş haqqında?" sualına cavabında da "Şərh yoxdur" -deyə bildirdi", -erməni nəşri davamında belə yazır.
 
S.Laçın
 
 
 
Link kopyalandı!
Son xəbərlər