Amerikada bir palıd ağacının yerinin dəyişdirilməsi üçün 1 mln. dollar xərclənəcək...-FOTO
Ekskluziv
204
07:45, Bu gün

Amerikada bir palıd ağacının yerinin dəyişdirilməsi üçün 1 mln. dollar xərclənəcək...-FOTO

Texas ştatının Kayl şəhərində görünməmiş “yerdəyişmə” baş tutmaq üzrədir. Yerli əhalinin Jolin adlandırdığı çoxəsrlik palıd ağacı (Dolli Parton mahnısının şərəfibə) yolun genişləndirilməsi layihəsi çərçivəsində 400 metr köçürüləcək. Müqavilənin dəyəri təxminən 1 milyon dollardır.
 
Moderator.az xəbər verir ki, bu haqda "İflscience" nəşri məlumat yayıb.
 
Tarixi xəzinə
 
Rəsmi olaraq "Old Stagecoach Heritage Oak Tree"(Köhnə poçt yolu irsindən olan palıd") kimi tanınan bu palıd ağacı şəhər tərəfindən tarixi xəzinə hesab olunur. Jolinin dəqiq yaşı bilinməsə də, ehtimal ki, 400 yaşdan yuxarıdır, bu da onu ABŞ-dan daha yaşlı edir. Onun gövdəsinin diametri  1,3 metrdir.
 
Bununla belə, qədim palıd ağacı yolun kənarından cəmi 15 santimetr aralıda yerləşir və şəhər rəsmilərin fikrincə, bu, nəqliyyatda tıxac yaradır.
 
Kayl şəhər menecerinin köməkçisi Ember Şmaytz "Ağac nəqliyyat axınını məhdudlaşdırır və dönərkən dar boğaz yaradır" deyə bildirib. Ağacın yerinin dəyişdirilməsi yolun genişləndirilməsinə və bu problemin həllinə imkan verəcək.
Köçürmə Xərcləri və risklər...
 
Plan "Jolinin Old Stagecoach Road küçəsinə- 400 metr yuxarı köçürülməsinə və bu məqsədlə xüsusi olaraq yaradılmış yeni "cib parkında" yerləşdirilməsini nəzərdə tutur. Şəhər köçürmənin 932,800 dollara başa gələcəyini təxmin edir.
 
Yerdəyişməyə hazırlıq iyul ayında başladı və köklərin budanması, kök sisteminin vaxtaşırı suvarılması və kök inkişafını stimullaşdırmaq üçün torpağın becərilməsi daxildir. Köçürülmə prosesinin özü payızda baş tutacaq və təxminən 30 gün davam edəcək.
 
Hazırlıqlara baxmayaraq, plan ciddi tənqidlərə məruz qalıb. Bəzi yerli sakinlər ağacın köçdükdən sonra sağ qala bilməyəcəyindən narahat olduqlarını bildiriblər. Hətta onun köçürülməsinə qarşı 2000-dən çox imza toplayan petisiya yaradılıb.
 
"Bu ağac Amerika Birləşmiş Ştatlarından daha yaşlıdır. Düşünürəm ki, biz onu xilas etməliyik", - etirazçı Keysi Landers bəyan edib.
 
Şəhər rəsmiləri riskləri etiraf edərək, öz internet saytlarında qeyd edirlər ki, “sertifikatlı ağac yetişdiriciləri tərəfindən aparılan çoxsaylı araşdırmalara görə, köçürülmə sağ qalmağa zəmanət vermir”. Bununla belə, onlar ağacın yeni yerində çiçəklənməsini təmin etmək üçün mümkün olan hər şeyi edəcəklərinə söz veriblər.
 
Şəhər düzgün suvarma, illik torpaqlanma və ixtisaslı arborist-ağac cərrahı tərəfindən aylıq yoxlamalar daxil olmaqla uzunmüddətli qayğı göstərməyi öhdəsinə götürüb. Əlavə olaraq, bir podratçı köçdükdən sonra iki il ərzində Jolin üçün transplantasiya sonrası qayğı göstərəcək.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər