ABŞ Rusiyanın dərinliklərinə zərbələr üçün Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşacaq...-
Ekskluziv
513
07:27, Bu gün

ABŞ Rusiyanın dərinliklərinə zərbələr üçün Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşacaq...-"The Wall Street Journal"

Birləşmiş Ştatlar Rusiyanın dərinliklərində yerləşən hədəflərə zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadə etməyə imkan verən kəşfiyyat məlumatlarını Ukrayna ilə bölüşmək niyyətindədir.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə ABŞ rəsmiləri arasında olan mənbələrə əsaslanan "The Wall Street Journal" məlumat yayıb.
 
Xəbər verildiyi kimi, Donald Tramp administrasiyası Kiyevi Ukrayna qüvvələrinə Rusiya ərazisində daha geniş hədəflərə zərbələr endirməyə imkan verəcək uzaqmənzilli sistemlərlə təchiz etməyi düşünür.
 
Nəşrin məlumatına görə, ABŞ rəsmiləri artıq oxşar dəstək istəyi ilə NATO müttəfiqlərinə müraciət ediblər.
 
Məqalədə deyilir ki, ABŞ uzun müddətdir Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşür, lakin yeni imkanlar neft emalı zavodları, boru kəmərləri, elektrik stansiyaları və Kremlə gəlir gətirən digər infrastruktur kimi hədəflərin hədəflənməsini əhəmiyyətli dərəcədə asanlaşdıracaq.
 
Daha əvvəl xəbər verilmişdi ki, Finlandiya prezidenti Aleksandr Stubb ABŞ prezidenti Donald Trampın daha güclü təsir vasitələrindən istifadə edərək diktator Putinə təzyiqi artırmağa hazır olduğunu bəyan edib.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər