Ekskluziv
513
15:52, Bu gün

"ABŞ-da ictimai rəydə dönüş: Fələstin İsraili geridə qoydu" - İsrail mətbuatı

 
"Uzanan Qəzza müharibəsi amerikalıların mövqeyini köklü şəkildə dəyişib..."
 
ABŞ-da uzun illərdir möhkəm qalan İsrail üstünlüyünün ilk dəfə sındığını göstərib.
 
Moderator.az xəbər verir ki, bunu "The New York Times" və Siena Universitetinin 29 sentyabrın 28-da açıqladığı sorğunun nəticələri göstərib.
 
1998-ci ildən bəri keçirilən bütün sorğularda İsrail Fələstindən daha çox dəstək qazanıb. Lakin iki ilə yaxın davam edən Qəzza müharibəsi fonunda vəziyyət dəyişib: hazırda 35 faiz amerikalı Fələstini, 34 faiz isə İsraili dəstəkləyir. Qalanları tərəfsiz qalıb və ya cavab verməkdə çətinlik çəkib. Müqayisə üçün, HƏMAS-ın 7 oktyabr 2023-cü il hücumundan dərhal sonra dəstəyin nisbəti tam fərqli olub. İsrail 47 faiz,  Fələstin isə cəmi 20 faiz dəstək alıb.
 
İsrailin hərbi əməliyyatına artan narazılıq
 
İsrailin Qəzzadakı kampaniyası barədə tənqidlər son aylarda kəskin artıb. Sorğuda iştirak edənlərin 62 faizi hesab edir ki, İsrail ordusu mülki əhalinin qurban verməməsi üçün kifayət qədər tədbir görmür. Daha da diqqətçəkəni odur ki, 40 faiz amerikalı İsrailin məqsədli şəkildə mülki insanları öldürdüyünü düşünür. Dekabr 2023-də bu göstərici cəmi 22 faiz olub. 
 
Bu narazılıq yardım məsələsində də əksini tapır. Respondentlərin 51 faizi ABŞ-ın İsrailə hərbi və iqtisadi yardımını qətiyyən istəmir. Yalnız 39 faiz bu dəstəyi doğru hesab edir. Üstəlik, 59 faiz amerikalı İsrailin hərbi əməliyyatları girovların hamısı azad edilməsə və ya HƏMAS tamamilə sıradan çıxarılmasa belə dayandırmalı olduğunu düşünür.
 
Gənclər və Demokratlar arasında Fələstin dəstəyi
 
Ən kəskin dəyişiklik gənclərin mövqeyində özünü göstərir. 18-29 yaşlı amerikalıların 61faizi Fələstini dəstəkləyir. Demokrat Partiyası tərəfdarları arasında bu göstərici 54 faizdir. Respublikaçılar arasında isə hələ də İsrail üstünlükdədir: 64 faiz İsraili, cəmi 9faiz sə Fələstini dəstəkləyir. Ancaq maraqlıdır ki, hətta respublikaçılar arasında belə İsrailə dəstək əvvəlki illərə nisbətən xeyli azalıb.
 
Sorğunun detalları
 
Siena Universiteti ilə birgə aparılan sorğu 22-27 sentyabr tarixlərində keçirilib. 1313 qeydiyyatdan keçmiş seçici arasında aparılan araşdırmanın səhv payı 3,2 faiz təşkil edir. Bu rəqəmlər onu göstərir ki, ABŞ cəmiyyətində uzun illər dəyişməz görünən İsrail üstünlüyü artıq sarsılıb.
 
Qəzza müharibəsi davam etdikcə, amerikalıların gözündə münaqişənin tərəflərinə münasibət də dəyişir. Gənclər və Demokratlar Fələstinə meyl göstərir, respublikaçılar isə İsrailin ən böyük dayağı olaraq qalır. Amma ümumi mənzərə aydındır: ABŞ ictimai rəyi sürətlə parçalanır və bu, Vaşinqtonun Yaxın Şərq siyasətinə ciddi təsir edə bilər.
Link kopyalandı!
Son xəbərlər