“İş adamları tərəfindən şəhid ailələri, qazilərin daim yad edilməsi olduqca təqdirəlayiqdir”
Ekskluziv
208
14:18, Bu gün

“İş adamları tərəfindən şəhid ailələri, qazilərin daim yad edilməsi olduqca təqdirəlayiqdir”

Senytanrın 27-si – Anım günü ilə bağlı Novxanı və Binəqədidə iş adamı Cəlil Nağıyev tərəfində şəhid ailəlri və qazilərin iştirakı ilə ehsan süfrələri təşkil edilib, şəhid  məzarları ziyarət olunub.

Maraqlıdır, iş adamları tərfindən bu cür tədbirlərin təşkili dövlət siyasətinin dəstəklənməsi, şəhid ailəri və qazilərlə mənəvi birliyin nümayiş etdirilməsi, milli-mənəvi dəyərlərin təbliği baxımından nə kimi əhəmiyyətə malikdir?

Moderator.az-a açıqlama verən Xalq artisti Nurəddin Mehdixanlı mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“İş adamları tərəfindən Anım Günü, eləcə də digər əlamətdar günlərlə bağlı bu cür tədbirlərin keçrilməsi, şəhid ailələrinin, qazilərin daim yad edilməsi olduqca təqdirəlayiq və müsbət bir addımdır. Bu, dövlətimizin, Prezidentimizin siyasətinin əməli baxımdan dəstəklənməsi, bu siyasətin yerlərdə icrası, vətəndaşlıq borcunun yerinə yetirilməsi deməkdir.

Ümumiyyətlə, hər şeyi dövlətdən gözləmək, dövlətin üstünə atmaq olmaz. Dövlət öz üzərinə düşən işi yüksək səviyyədə, layiqncə yerinıə yetirilir. Bu gün Azərbaycanda şəhid ailəlrinə, qazilərə dövlət səviyyəsində yüksək qayğı göstərilir. Lakin bu, o demək deyil ki, bizlər yaxamızı kənara çəkməli, qıraqda durmalıyıq. Mən sevinirəm ki, cəmiyyətimizdə dövlətçilik və hər tariximizlə bağlı bu cür əlamətdar günlərdə şəhid ailələrini, qaziləri ehsan süfrələrində cəmləyən, onların qayğıları ilə maraqlanan belə iş adamları var. Digər iş adamlarımız, biznesmenlərimiz də bu cür şəxslərdən onların əməllərindən örnək almalı, onlar da vətənə, dövlətə olan sevgilərini əməli şəkildə göstərməlidirlər. Belə olarsa, o zaman biz şəhid ailələri və veteranlara daha çox qayğı göstərməklə yanaşı, cəmiyyətimizdə daha yüksək vətənpərvərlik şüuru formalaşdıra, gənc nəslin milli-mənəvi dəyərlər əsnasında yetişməsinə daha çox töhfə verə bilərik”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər