“İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri tarixi hadisədir”
Ekskluziv
327
11:50, Bu gün

“İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri tarixi hadisədir”

 

“İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri tarixi hadisədir. Eyni zamanda, İtaliya rəhbərinin Bakı səfəri iki ölkə arasında artıq uzun illərdir davam edən strateji münasibətlərin intensiv şəkildə irəliləməsinin əyani göstəricisidir”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Sona Əliyeva bildirib. Ekspert qeyd edib ki, bu səfər İtaliya-Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcək ki, bu da hər iki dövlətin maraqlarına uyğundur:

“Azərbaycanın xarici siyasət kursunda İtaliya ilə əlaqələrin daha da irəliyə aparılması mühüm yer tutur.

Bu gün İtaliya Avropa İttifaqına üzv ölkələr arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticari, nüfuzlu tərəfdaşıdır. İtaliya  prezidenti isə Azərbaycanı ölkəsi üçün ən nüfuzlu tərəfdaşlardan biri kimi təqdim etdi.

Son illərdə Azərbaycan-İtaliya arasında ticarət dövriyyəsi də əhəmiyyətli dərəcədə artıb. Məsələn, 2025-in ilk iki ayında ticarət həcmi 2024-ün eyni dövrü ilə müqayisədə 24,6% artaraq 2,28 milyard ABŞ dollarına çatıb ki, burada Azərbaycandan edilən ixrac da mühüm üstünlük təşkil edib. 

Görünən odur ki, strateji tərəfdaşlıq əlaqələrinə malik Azərbaycan və İtaliyanı həm də möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Burada etibarlı tərəfdaşlıq amili ən başlıca şərtlərdəndir.

Bundan başqa, tərəflər arasında münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır və bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır.

Məhz bu baxımdan, İtaliya hər zaman Azərbaycanla iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olacaq.  Fikrimcə, bu səfərin həm beynəlxalq kontekst, həm enerji təhlükəsizliyi baxımından, həm də iqtisadi-ticari və humanitar istiqamətlərdə əhəmiyyətli nəticələri olacaq”.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər