“İtaliya-Azərbaycan münasibətləri bütün Avropa üçün örnəkdir”
Ekskluziv
552
09:17, Bu gün

“İtaliya-Azərbaycan münasibətləri bütün Avropa üçün örnəkdir”

“Azərbaycan və İtaliya hərtərəfli strateji tərəfdaşlıq modeli Avropada mümkün ola biləcək əməkdaşlıq üçün nümunə xarakteri daşıyır. Avropa ölkələrinin heç bir ön şərt olmadan Azərbaycanla necə öz ölkələrinin maraqları çərçivəsində münasibətləri strateji səviyyəyə qaldıra bilmələrinin real göstəricisidir”.

Bunu Moderator.az-a açıqlamasında İtaliya prezidentinin ölkəmizə səfərini şərh edən ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib. Ekspert qeyd edib ki, İtali-Azərbaycan əlaqələri bütün Avropa üçün nümunə sayıla bilər:

“Azərbaycan və İtaliya üçün Avropanın digər ölkələrə üstdən aşağı baxan bürokratiyası yoxdur. İtaliya əməkdaşlığın ən üst modelini seçib. Sadəcə iqtisadi maraqlar modelini... İqtisadiyyata siyasət qatan yorucu və saxta demoqoqiya yayan siyasi model yox.

Bu səbəbdəndir ki, Azərbaycan və İtaliya arasında iqtisadi münasibətlər elə səviyyəyə çatıb ki, İtaliya dövlətinin siyasi xəttində belə digər Avropa ölkələrinin əksəriyyətindən fərqli olaraq, türk xalqları ilə münasibətdə ciddi şəkildə bərabər siyasət yürütmək xətti formalaşıb. İtaliya dövləti özünü türk dünyasının müttəfiqi hesab edir, hərtərəfli, xüsusən də, iqtisadi münasibətlərin inkişafında maraqlı olur, öz enerji təhlükəsizliyini Azərbaycana tapşırmağı belə tərəddüdsüz edir.

Hesab edirəm ki, İtaliya-Azərbaycan münasibətləri bütün Avropa məkanı üçün bir örnək xarakter daşıyır. Bu münasibətlər Azərbaycan dövlətinə etibarın bir nümunəsidir”.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər